169
sərbəstlik və yüngüllüklə də müxtəlif müəlliflərin temaları üzərində improvizə qura-
malar çalırdı. Üçgünlük marafonun tarixiliyi nə antologiya, nə də caz assortimentilə
bağlıdır: bu tarixilik Mustafazadənin uğrunda yaşayıb yaratdığı bir amalın qeyd-
şərtsizliyinin təsdiqilə əlaqədardır.
Konsertlər nəinki caz-muğam yüksəkliyini müəyyənləşdirib göstərdilər, eyni zamanda
fərdi Vaqif üslubunun mükəmməllik cizgilərini aşkarladılar.
Başlanğıcda yenidən Vaqif musiqisinin
obrazlı quruluşu
haqqında. Bu, həmin
hacıbəyli-evans-raxmaninovdan qalma lirikadır, amma işığı, aydınlığı və istisi bir
qədər azalıb, zəifləyib. Əvəzinə subyektivlik xeyli çoxalıb, şəxsi yaşantıların həcmi
artıb: halət və ovqatların dəyişkənliyi intensivləşib. Ülvi muğam poetikası mediativ
muğam fəlsəfəsilə əvəzlənib; caz “belkanto”su əvəzinə caz ekspressivliyi boy atıb
böyüyüb. Görünür, Bill Evansı Koltreyn bir balaca sıxışdırıb kənara itələyib.
Ancaq nə ümidsizlik, nə məyusluq, nə pessimizm... Odur ki, yenə ehtiras, qız-
ğınlıq, coşqu, dəliqanlılıq musiqi materialına “baş vurub” tez-tez özünü göstərir.
Hərçənd “köhnə-qədim” “Qafqaz”, “Baharda”, “Bakılı” və ya “Öz kefimə çalıram”
indi bir az ayrı cür səslənir: bu, daha çox müşahidədir, seyrdir, nəinki görüş və
ünsiyyətin sevinci.
Erkən çağlarda dünyaya açıq musiqi, “hamı üçün musiqi” getdikcə “özüm üçün
musiqi”, “öz içimə yönələn musiqi” (“Tamam tənha”, “İyun ayında Riqa”, “Mən qəm
çəkirəm”, “Bağda”) tonallığına bürünür.
Melodika
haqqında. O heç vaxt kəskin ciddi dəyişikliklərə uğramır. İndi artıq bu
melodikanın öz intonasiya nüvəsi var ki, gah variativ olur, gah da fiqurlarla gəlişir.
Melodika inkişafının interval əsası, bir qayda olaraq, saniyə nisbətilə düzənlənir.
Bu nisbətin sayəsində melodiya cərəyanının arasıkəsilməzliyi təmin edilir. Getdikcə
melodiya cərəyanı daha geniş məkanlara yayılaraq dalğavari şəkildə improvizəyə
çevrilir. Muğam melosunun inkişaf prinsipləri də eynilə beləcə səciyyələnir: çünki
melodiya elə bu cür gəlişərək tam təbii bir qaydada improvizə sərhədini adlayıb
melosa sahib çıxır.
Variativlik, fiqurativlik, saniyələr ardıcıllığına köklənmiş pilləvarilik muğam reçitasiya-
sına xas olan şeylərdir. Odur ki, muğam intonasiyalarının melodiya materialına daxil
edilməsi orqanik və qanunauyğun görünür.