170
Maraqlıdır, zaman ötdükcə Vaqif belə bir “akademik” kompozisiya üsulundan istifadə
edir: götürüb melodiya xəttini ritm xəttilə birləşdirir və “ritmdəmelodiya” effektinə nail
olur. Bu isə ansambl təkririnə və aydın intonasiyalı oxuya (təqti etməyə) gətirib çıxarır.
(
Məgər bu, zərb muğamları ilə birbaşa analogiya yaratmır?)
Həngharmoniya funksiyası
haqqında. Onun funksional və dramaturji rolunun
artması. Diatonikanın və xromatikanın mütəmadi qarşılaşdırılması: diatonik (mu-
ğam və ya mahnı) tema caz xromatizmlərilə müşayiət edilir. Harmoniya koloriti-
nin gücləndirilməsi: bu, impressionist boyaların, cizgilərin hesabına yox, kvarto-
saniyə (Azərbaycan folkloru üçün səciyyəvi) bünövrəsinin prosesə qatılması
nəticəsində baş verir. Həng elementinin dinamikləşdirilməsi: kompozisiya qütbləri
bir həngdə səslənərkən, ortada, yəni improvizə bölümündə çoxhəngli və çox-
harmoniyalı gərginləşmə gedir. Bu da əsərə təkcə mühüm təzadlar qarşıdurumu
gətirmir, həm də həng inkişafını strukturlaşdırır: A (təkhənglilik) – B (çoxhənglilik)
A (təkhənglilik). Və bundan əlavə, özünün birbaşa funksional təyinindən,
yəni təzadlı, qeyri-stabil zona yaratmaq məramından savayı, orta kompozisiya
məkanında qərarlaşmış improvizə bölümü həngharmoniya gəlişməsindən və
çarpazlaşmasından ötrü perspektivlər açır. Beləliklə, melodiya improvizəsi, tuta-
lım, “Şur ” həngində özünü gerçəkləşdirirsə, “Rast” və ya “Çahargah” akkordla-
rı ilə harmoniya vəziyyətinə gətirilə bilər. Bu da caz üçün çox vacib improvizə-
kulminasiya gərginliyini müəyyənləşdirir ki, ondan sonra əsas mövzuya qayıdış
həm gərginliyin seyrəlməsi, həm temanın öz səda həllini tapması, həm də final
yekunlaşması kimi qavranılır (“Sevil”, “Şirvanşahlar sarayı”, “Moskvada”, “Ayın on
səkkizi”, “Qafqaz rəsmləri...”)
Harmoniyadan ritm keyfiyyətində, daha doğrusu, çoxritmli effekt kimi də istifadə
edilir: bu zaman akkordlar elə tərzdə götürülür ki, dominant ritm xəttilə ziddiyyət
yaransın. Bu, haradasa harmoniya çərçivəsində əksritm və ya ritm ziddinə olan bir
şeydir (tez-tez Ellinqton, Monk, Piterson, Vladimir Kosmanın temaları üzərində quru-
lan improvizələrdə).
O ki qaldı harmoniya vasitələrinin amplitudasına, burada artıq seçim, demək olar ki,
heç nə ilə məhdudlaşmayıb: sadə üçsəslilikdən tutmuş çoxlaylı səslənmələrə qədər.
Ritmika
haqqında. Ritmika stabillik, səbatlıllıq, bərklik ilə dayanıqsızlıq, yumşaqlıq,
dəyişkənlik arasında saat kəfkiri kimi bir şeydir. Bir tərəfdən ritmik bitişiklik, birgəlik,
fasiləsizlik, dəyişməzlik; digər tərəfdən qırıqlıq, ayrıntılar, bir ritmdə formullardan o