171
birilərinə keçidlərin sərbəstliyi, uyuşqanlıq, ritmik fakturanın dəyişkənliyi. Dəqiq və
azad ritm başlanğıclarının növbələşməsi. Ritmik dinamika və ritmik statika. Harada-
sa ritmik şəkildə rənglərlə, təsniflərlə və improvizə fraqmentlərinin sərbəst ritmilə
təşkil olunmuş muğam formasına bənzəyir.
Ritm döyüntülərinin birmənalı olmaması müxtəlif ritm laylarının təzadlı birgəliyinə
də yol verir. Musiqiçi də bundan bol-bol yararlanır: ritm gəlişməsinə müasir cazın
ritmdəformullarını “əridib” qatışdırır.
Çoxritmli effektlərə maraq da ötüb keçir və əgər çoxritmlilikdən (poliritmiyadan)
istifadə edilirsə, yalnız kompozisiya bütövlüyünün zəruri halqası kimi istifadə
edilir.
İmprovizə
haqqında. Həngharmoniya elementi kimi onun da əhəmiyyəti artır;
o dərəcədə artır ki, klassik sonato alleqrosunda işlənilmə funksiyası ilə yaxınlaşır.
Bu, sadəcə, mövzu, həng, ritm, harmoniya inkişafı deyil, obrazların, süjetlərin bir
yerə cəmlənməsi və toqquşmasıdır, yəni gələcəkdən ötrü mühüm hadisələırin
gerçəkləşəcəyi dramatik məkandır. İmprovizədə tema intonasiya və ya ritm baxı-
mından da, onun səciyyəsi, və hətta janrı baxımından da yenidən dərk edilə bilər.
Bunun nəticəsində məna aksentləri tez-tez dəyişir və kompozisiyanın tamamlan-
masının özü getdikcə daha çox intriqa, maraq törədəcək xarakterə malik olur. Çünki
məlum olmur ki, nə necə qurtaracaq, necə yekunlaşacaq.
Ona görə Vaqifin konsertlərində onun improvizələrindən sonra əsas mövzunun
hansı qiyafədə görünəcəyini, necə səslənəcəyini, onun içində nəyin saxlanılacağını,
nəyin isə lazımsız sayılıb üstündən sükutla keçiləcəyini demək çətin idi.
Mustafazadənin qeyri-adi bir üsulu da vardı: o, aralarında heç bir bağlılıq olmayan
bir neçə improvizə passajını ora-bura paylaşdırır və onlar havadan asılı qalır. Lakin
cəmi bircə an sonra onların hamısı yığışıb vahid improvizə axınında birləşir.
Olsun ki, improvizələrdən savayı başqa heç yerdə Vaqif musiqisinin emosional
gərginliyi bu qədər parlaq şəkildə özünü bəyan eləmirdi. Vaqif improvizələri to-
nallıq və strukturları adlayıb, bəlkə də “tapdalayıb” irəli keçirdi, caz kvadratları və
sxemlərinə sığmırdı, ən cəsarətli güman və fantaziyaları “atdan salıb” yaxşıların yax-
şısını çalırdı. Onda nə vardısa, ən yaxşısı idi. Ümumiyyətlə, yaxşıların yaxşısı, yaxşıla-
rın üstünü, yaxşıların əlası... bu,
bizim Vaqifdir.