172
Forma
haqqında. Burada bir neçə məqamı xüsusi qeyd etmək gərəkdir. Birinci, mu-
ğam inkişafı ilə oxşarlıqdır; ləpəvari, yavaşca gəlişmə formanın sonuna doğru ya-
xınlaşdıqca yoğunlayır və dinamikləşir. Bu, kreşendoya bənzər forma tipidir: özündə
statika ilə hərəkət ekspressiyasını birləşdirir. İkinci də yenə muğamla bağlıdır ki, bunun
da barəsində bir qədər öncə danışmışıq: formanın təşəkkülündə struktur baxımın-
dan formaya salınmış və formaya salınmamış bölümlərin (rənglər, təsniflər struk-
turlaşıb, muğam improvizələri isə strukturdan kənardadır) növbələşmə prinsipilə
iştirakıdır. Üçüncü isə elə bir haldır ki, burada ənənəvi caz üçhissəliyi, yəni A (tema)
B (improvizə) – A (temanın reprizi) ilə yanaşı caz musiqisi üçün tipik sayılmayan
mürəkkəb formalar da gözə dəyir: bura rondal, ikili ikihissəli, üçbeşhissəli və hətta so-
natanı andıran formalar daxildir. (Bir qayda olaraq bütün bu
formal qeyri-tipik şeylər
canlı” konsertlərin məhsuludur, filarmonik və estrada çıxışlarının qəfil törəməsidir:
bunları Monk və ya Kosma temalarına çalınan improvizələrdə, “Caz bugün”, “Qafqaz
rəsmləri” və ya “Xəzər dənizi” kompozisiyalarında sezmək olar). Dördüncüsü, ən pa-
radoksal, yalnız konsertlik və “canlı” olanı: kompozisiya temadan, akkorddan, mən nə
bilim ritmik bir nədənsə yox, birbaşa improvizədən başlayır və bu improvizə inkişaf
edə-edə, gəlişə-gəlişə mövzuya keçir, mövzu olur. Və beləcə bütün pyes boyunca
bir neçə dəfə:
temanı doğan, temanı yaradan improvizə
!!!
İmprovizə improvizədən
başlayıb tema olur, temaya dönür, temaya qayıdır.
Bu da sənin üçün XXI əsrə sıçrayışın həqiqəti....
Vaqif Mustafazadənin həyatı qəribə şəkildə təsdiqləyir ki, musiqi və sənət tarixində
Zaman kateqoriyası nə dərəcədə mühümdür. O, əgər Azərbaycanda XXI əsrdə
doğulsaydı, heç bir maneəsi olmayacaqdı, quş kimi uçacaqdı azadlıq məkanında,
konsertlər verəcəkdi Avropada, Amerikada, təmas quracaqdı öz kolleqaları ilə və ya-
şamayacaqdı Qafqazın və ya sovet cazının qapalı məkanında. Heç kəs də onun saç
düzümünü, şalvarının balağını və ya bığının uzunluğunu müzakirə eləməyəcəkdi.
Amma! Vaqif XX yüzildə doğulmasaydı, Azərbaycan cazının XXI əsri gəlməyəcəkdi,
bu unikal janrın istedadlı “şahzadə” və “şahzadə xanımları”nın bütöv bir gənc nəsli
meydana çıxmayacaqdı” (bəstəkar Firəngiz Əlizadə).
109
Şahzadə”lər məsələsində bir elə də arxayınlığım yoxdur, lakin “şahzadə xanım”lar
dəqiq XXI əsrdədir!