173
Qırmızı royal
1977-
ci il – Donetskdə keçirilən Ümumittifaq caz festivalında qələbə və yeni solo
diskin buraxılışı. 1978-ci il – Tiflis caz festivalının ən yaxşı pianoçusu. Elə oradaca qızı
Əzizənin dünya caz aləminə tanıdılması. “Muğam”la növbəti valın yazdırılması. 1978-
ci il – VI Moskva caz festivalında “Muğam” coğasının tamam yeni, gənc ifaçıları ilə
sınaqdan keçirilməsi. 1979-cu il – Vaqif Mustafazadəyə “Aərbaycanın əməkdar artisti”
adının verilməsi və Bəstəkarlar İttifaqı katibinin imzası ilə ona göndərilmiş təbrik teleq-
ramı. Həmin teleqram bu sözlərlə başlayırdı: “Artıq çoxdan əməkdar olmuş artistə...”
1979-
cu il – Kuraşvili və Boldırevlə disk. 1979-cu il – yaradıcılığın zirvəsi: caz kom-
popzisiyalarının Monakoda keçirilən Beynəlxalq müsabiqəsində birinci mükafat. Bu
ya göydən şöhrət qığılcımlarının töküldüyü dövr idi, ya da keçmiş məhrumiyyətlərin
ödənilmə vaxtı.
Bu hadisələrin hər biri barədə ayrıca danışmadan öncə qayıdaq 1974-cü ilə. Həmin
o ilə ki, o zaman gözlərini əbədi qapamışdı bu dünyaya Səttar Bəhlulzadə. Və ya,
sadəcə, Səttar: rəssam, ustad və ya görkəmli sovet boyakarı adları heç lazım deyil
ona. Çünki Azərbaycanda bir Səttar vardı. O Səttar ki, onun ölüm günündə Vaqifin
evində matəm elan edilmişdi.
Həyatda onlar, demək olar ki, heç görüşməmişdilər. Zahirən də bir-birinə oxşamırdılar.
Vaqifin qapqara, şəvə kimi qıvrım saçları (haradasa Cimi Hendriksin saç düzümünü
xatırladırdı) vardı, kişiyana lopa bığ saxlayırdı, dəblə geyinirdi, təptəzə geyinirdi, klyoş
şalvarda gəzirdi, platforma tuflilərdə fırlanırdı şəhəri. Səttar isə ortaboylu, zəif, arıq,
sısqa, sanki quru nəfəsdən ibarət birisi idi: ayağında yamaqlı başmaq, əynində elə
bil ki özgədən alınmış nimdaş geyim, başında da ağappaq yumşaq saçlar – heç kimi
vecinə almadan dolanırdı Azərbaycanı...
Səslərinin tembrləri də bambaşqa idi: Vaqifin baritonal yumşaq səsi vardı, Səttarın –
məxsusi uca səsi.
Amma pula münasibətdə onlar fərqlənmirdilər: ikisi də hesab eləyirdi ki, əl çirkidir pul,
ikinci dərəcəli bir şeydir həyatda. Səttar, ümumiyyətlə, bir dəstə pulu lazımsız kağız
sanıb zibil yeşiyinə asanlıqla vızıldada bilərdi.
Və bir də gözləri: Vaqifin və Səttarın gözləri oxşayırdı bir-birinə... qəribəcəsinə bənzəyirdi
bir-birinə... Hər ikisinin iri, köməksiz gözlərindən ya uşaq baxırdı adama, ya müdrik bir qoca.
Çunki Azərbaycanda bir Səttar vardı.