175
Əzizənin çıxışından sonra isti-isti yazılmış sətirləri indi sitat kimi oxucuya təqdim
edirəm və heç nəyi də dəyişmirəm.
Səhnəyə səkkiz yaşa uyğun olmayaraq böyümüş bir qız uşağı çıxdı. Həməncə
fikirləşdim: “Daha bir vunderkind. İndicə bizi öz qeyri-adi bacarığı ilə, musiqi
duyumu ilə, çocuq səmimiyyətilə məəttəl qoyacaq. Sonra heyran-heyran danı-
şacaqlar, “ah”, “oh” deyəcəklər. Bunların hamısı yaxşıdır, amma şou üçün, amma
qala-konsert üçün. Ancaq nə vaxt ki, böyük caz olayı yaşanır, əsl caz improvizələri
səslənir, harada ki hər bir fərd öz şəxsiyyətini ifadə etməyə çalışır, harada ki çıxışlar
emosional gərginliyin son həddində gerçəkləşir, o vaxt və orada uşağı “nümayiş
etdirməyin” heç yeri və bəraəti yoxdur”.
Əvvəlcə Əzizə Mustafazadənin oxumaları elə beləcə də qavranılırdı. Sonradan isə
hər şey ikinci plana çəkildi. Nə düşünülmüşdüsə, o da oldu: çocuq səmimiyyəti də
vardı, musiqi duyumu da, bacarıq da; hər şey yerli yerində. Alqışlar da, fərəh də.
Lakin hər şey unudulurdu balaca qızın böyüklərə xas bir huşyarlıqla caz musiqisinə
vaqif olmasını görüncə. Güclə inanırdın ki, səkkiz yaşlı bir qız cazı belə duya bilər.
Qızının uğuruna, Vaqif öz uğurundan
110
da çox sevinirdi. Festivalda Əzizənin
nəinki nadir istedad sahibi olduğu təsdiqləndi, həm də cazın ciddi münasibət və
zəhmət tələb etməsi öz əyani sübutunu tapdı. Cazla məşğul olanda bayramlar və
bazar günləri olmur. Gərək uşaq yaşlarından anlayasan ki, caz hər gün saatlarla
davam edən ağır bir zəhmətdir. Yalnız bu zaman keyfiyyətli bir nəticə göstərmək
mümükndür. Görünür, bu, Əzizəyə genlər vasitəsilə ötürülmüşdü, hərçənd bir dəfə
o, səmimiyyət anlarının birində etiraf elədi: “...mən ümumiyyətlə musiqilə məşğul
olmaq istəmirdim. Mən azadlığı sevirdim. O isə anama deyirdi: “Dəymə uşağa,
nə vaxt istəsə, özü məşğul olacaq. Mən öləcəyəm, o məndən sonra qalacaq”. O,
həmişə məni müdafiə eləyib deyirdi: “Mənim qızıma toxunmayın”.
111
Əzizə “Tiflis-78” festivalının laureatı oldu və iştirakına görə mükafat aldı. Onu hər
yerdə tərifləyirdilər, polşalılar Əzizədən film çəkmək istəyirdilər. Amma bütöv caz
xoşbəxtliyinə doğru aparan yol hələ qabaqda idi: heç yuxularda, gümanlarda,
ümidlərdə, xəyallarda da yox idi “caz şahzadəsi” fəxri adı.
Mənim arzum Əzizə ilə ikihissəlik konsert hazırlamaqdır. Ancaq buna çox vaxt tələb
olunacaq, indisə işim başımdan aşır. Qoy bir qədər yüküm azalsın, qızımla işləməyə
başlayacağam” (Vaqif Mustafazadə).
112
Elza Mustafazadə”
(
Val/1979/ Мелодия )