177
Yükü azalmadı Vaqifin ömrünün sonunacan. Bir ona imkan tapdı ki, qızını caz
ictimaiyyətinə təqdim eləsin və başa düşsün ki, qızı üçün həyatda cazdan əziz heç nə
yoxdur; başa düşsün ki, Əzizə də onun kimi cazla yaşayır, cazla nəfəs alır.
1978-
ci ilin ortalarında onsuz da laxlamış sağlamlıq yenidən gündəmə gəldi. Ürək şıl-
taqlıq eləyirdi, dəlicəsinə hoppanıb düşürdü; pəhriz də bir tərəfdən, “Təcili yardım”lar
da o biri tərəfdən. Axırı ki, bunların hamısı əldən salırdı adamı. O isə özünü bütövlükdə
yaradıcılığa həsr etmək istəyirdi. Bu isə o deməkdir ki, gərək vaxta qənaət eləyəsən,
öz istirahətindən bir az da kəsəsən, bir az da vaxt oğurlayasan. Hətta telefona da
yaxın gedib dəstəyi qaldırmırdı. Yalnız işlə məşğul idi. Çünki bütün varlığı ilə dərk
edirdi ki, dayanmaq olmaz, yenidən irəli getmək, yenidən özünü və öz sənətinin hü-
dudlarını aşmaq tələbi aktualdır. Caza son illərdə yeni nə gəlibsə, ondan yararlanmaq
lazımdır; elə yararlanmaq lazımdır ki, bu təkcə sənin musiqiçilərinin, sadəcə, xoşuna
gəlməsin, həm də onların bir hissəsinə çevrilsin. Dərk edirdi ki, keçmiş “Muğam”ın
ifaçılıq resursları tükənib və əsaslı dəyişikliklər aparmaq zəruridir.
Baxmayaraq ki, risk dərəcəsi böyük idi, – axı qarşıdan Moskva caz festivalı gəlirdi, –
Vaqif, hər halda qərara alır ki, “Muğam”a o zaman hələ az tanınmış gitaraçı Ələskər
Abbasovu, bas gitaraçı Nazim Quliyevi, zərbçi Pərviz Ədibi dəvət eləsin. Kollektivə
saksofonçu Akif Süleymanbəyli də qoşulmuşdu.
Belə “kütlə”vi yeniləşmənin, həqiqətən də, təhlükəsi vardı. Gənc ifaçıların sənəti hələ
ciddi cilalanmalıydı, ustalığı formalaşmalıydı. Təcrübəsizlik və iştirakçıların birlikdə
ifa vərdişinin azlığı Moskva festivalında işi korlaya bilərdi. Di gəl ki, Mustafazadə
öz seçimini eləmişdi: Vaqifə elə uşaqlar lazım idi ki, öz musiqi qavrayışlarında heç
nəyi dəyişmədən və heç nədən şübhələnmədən onun yaradıcılıq axtarışlarını qəbul
eləməyi bacarsınlar: indi belələri artıq peyda olmuşdu onun yanında.
Vaqiflə birgə çalmaq: onlardan kim bu barədə düşünmüşdü və ya bunu kim xəyalına
gətirmişdi?
Sözü Ələskər Abbasova verək: “Vaqif müəllimlə birgə çıxış etməyi arzulayırdımmı? Açı-
ğını desəm, yox. Uşaqlıqdan mən elə bilmişəm ki, musiqidə Mustafazadə mənim üçün
əlçatmaz bir zirvədir. Mənə həmişə elə gəlib ki, onun musiqisi bütün yaş dönəmlərinə
hesablanıb və müxtəlif yaş nəslinə mənsub insanlar onun musiqisində hər dəfə yeni
nələrisə aşkarlayıb tapacaqlar... Vaqif müəllim sevmirdi biz təkcə notları çalanda. O,
musiqi obrazını başa düşməyi tələb eləyirdi, musiqi düşüncəsini öyrədirdi. O, heç