16
Yaxşı peşəkar səviyyə orkestrə həm sovet estrada repertuarını, həm məşhur caz
kompozisiyalarını, həm də Azərbaycan mahnılarının, pyeslərinin yenidən işlənilmiş
variantlarını eyni uğurla ifa etməyə imkan verirdi. Dövlət Caz Orkestrinin tərkibində
bir neçə istedadlı improvizatorlar vardı, xüsusilə də saksofonçular arasında. Və bir
dəfə konsert zamanı necə olursa, orkestrin rəhbəri bu saksofonçulardan birinə təklif
edir ki, ənənəvi - “amerikan” solosunun əvəzinə “Çahargah” ahəngində nəsə çalsın.
Şaşırdıcı dərəcədə gözəl alındı həmin improvizə. Bu tapıntı sonralar da bir neçə kərə
təkrar olundu və hər dəfə də tamaşaçıların gur alqışlarına səbəb oldu. Demək olar
ki, bu, caz və muğam sintezinin ilk müjdəçisi sayıla bilər. Tofiq Quliyevin xatirələrinə
görə “Çahargah” ahəngində improvizə çalmış adam Azərbaycan caz tarixinin ən yax-
şı saksofonçusu Pərviz Rüstəmbəyov idi. Uzun bir caz yolu keçmiş, bu yolda çoxlarını
görüb eşitmiş, çoxlarını dinləyib fikir söyləmiş köhnə bakılı, truba ifaçısı Vladimir Tar-
takovski Dövlət Caz Orkestrinin solisti Pərviz Rüstəmbəyov barəsində demişdi: “Mən
çox yaşamışam, amma belə saksofonçuya daha heç yerdə rast gəlməmişəm”.
7
Fantastik dərəcədə istedadlı olub Pərviz Rüstəmbəyov: indinin özündə də onun
şəxsiyyətinə olan böyük maraq səngimir. Bu da səbəbsiz deyil. O, sanki bir tərəfdən
caza dəlicəsinə vurğun, dünyasında caz və improvizədən savayı heç nəyi yaxına bu-
raxmayan musiqiçi haqqında rəvayəti canlandırır, digər tərəfdən isə daxilən azad,
rifahdan, bütün maddi nemətlərdən və vəzifələrdən uzaq bir şəxsiyyəti özündə
birləşdirirdi. Əgər kimsə nə vaxtsa Pərviz (və ya Pirik, ya da Piro) Rüstəmbəyov
barəsində nəsə yazmaq istəsə, müqayisə paralellərindən biri kimi Çarli Parkeri götürə
bilər: Pirik-Çarli, Çarli-Pirik... Əminəm ki, səhv eləməyəcək. Xüsusilə də, caz məişəti və
caz fədakarlığı ilə əlaqədar məsələdə...
Çarli Parker dünya cazı üçün kimdirsə, Pərviz Rüstəmbəyov da, hətta bir az
mifləşdirilmiş olsa belə, Azərbaycan cazı üçün odur. Çarli planetar, Pərviz isə mil-
li miqyasda öz həyat və yaradıcılıqları nümunəsində göstərdilər ki, CAZ-SEVGİDİR.
Amma caz olan Sevgi bütün hər şeyə qarşı sevgidən imtinadır. Onların ikisi də qısa
ömür yaşayıb: Parker 35 yaşdan o yana keçə bilmədi, Rüstəmbəyov 28 yaşına çatma-
dı. Hərçənd axırları eyni olmadı bu adamların: hərə müxtəlif cür vidalaşdı bu dünya ilə.
Çarli öz qadın pərəstişkarı baronessa Köniqsvarterin dəbdəbəli malikanəsində öldü,
Pirik – şəhər türməsində: deyirlər ki, guya qonşusu gedib ondan çuğulluq eləmişdi.
Düşünürəm ki, öz sənətilə təkcə Bakı caz həvəskarlarının deyil, caz ənənəsini ya-
ratmış amerikalıların da, həmçinin caz dünyasında Eddi Rozner kimi bir avtoritetin
də diqqətini özünə cəlb etmiş Pərviz Rüstəmbəyovun həyat və yaradıcılığı ayrıca
Piro Rüstəmbəyovu kim dinləyirdisə, bir
heyrət yaşayırdı...”