186
vaxt sənət sevgisiylə bağlı danışmırdı. Amma öz münasibətilə hər zaman bildirirdi
ki, musiqi yalanı bağışlamır. Sənət büllur kimi şəfəqlənən təmizliyi və doğruçuluğu
sevir. Mən bilmirəm, gələcəkdə bizim taleyimiz necə olacaq, amma Mustafazadə
ruhu, onun musiqiyə təmənnasız sevgisi əbədilik bizimlə qalacaq”.
113
Çətin sınaq oldu 1978-in caz festivalı “Muğam” coğasından ötrü
114
əvvəlcə
kollektivin rəhbəri üçün: çünki o, bir az vasvası Moskva seyrçisinin mühakiməsinə
təkcə adları bəlli olmayan musiqiçiləri yox, həm də onun öyrəşmədiyi caz-
rokla fyujn üslubunda işlənmiş kompozisiyaları təqdim etmişdi; sonra isə gənc
musiqiçilər üçün: çünki onlar ilk dəfə idi belə bir möhtəşəm caz forumunda ça-
lacaqdılar. Moskvalı mütəxəssislər bu üslub dəyişmələrini necə qarşılayacaqdılar,
təcrübəsiz ifaçılar əməldə özlərini necə göstərəcəkdilər?
Problemlər “Muğam” coğasının Moskva səhnəsinə çıxdığı gün həll olundu. Qrup
ölkədə ən orijinal caz ansambllarından sayılan Levinovskinin “Alleqro”su ilə bir
konsertdə caz ifa elədi. Bu çıxışı xatırlayan Ələkbər Abbasov deyir ki, “sınaq o za-
man necə lazımdısa, eləcə də alındı! Biz, həqiqətən, özümüzə, gücümüzə inandıq”.
Muğam”a da, “Alleqro”ya da hərəsinə ayrılıqda bir hissə verilmişdi. Uğuru da
eləcə yarı-yarıya böldülər. Alqış alqış ardıyca və bir neçə dəfə “bis” çağırışı. Əgər
Alleqro”dan bunu gözləyirdilərsə, “Muğam”dan belə effekt alınacağını heç kim
təsəvvürünə gətirmirdi. Kuluarlarda danışmağa başladılar ki, bəs bu istiqamətdə
caz çalan sovet coğalarının hamısının üslubundan Vaqifin çaldığı caz-rok və
fyujn fərqlənir. Paralellər aparırdılar Co Zavinul, Ueyn Şorter, Con Maklaflinin
axtarışları ilə. Hərçənd bu daha çox avans idi, nəinki konkret və müəyyən bir
şey. Mustafazadə bu istiqamətdə hələ yeni-yeni işləməyə başlamışdı: və burada
perspektivdə olacaq uğurlar gerçəkləşdirilmiş imkanlardan daha üstün idi.
Tofiq Quliyev əsərlərinin mövzusunda caz kompozisiyalar”ı adlı diskə yazdığı
annotasiyada Niyazi bunları qeyd edir: “Çoxları, hətta istedadlı bəstəkar və ifa-
çılar köhnəlmiş üslubun əsarətindən qurtula bilmədilər. Vaqif Mustafazadənin
sənəti burada da xoş bir istisna idi. Onun 1979-cu il kompozisiyaları əvvəlki illərin
əsərlərindən və quraşdırmalarından fərqlənir”.
Bütövlükdə, Vaqifin ömrünün son iki ili yaradıcı maneələr zolağıdır, musiqi sənətilə
bağlı fasiləsiz riskdir. Bu riskə ona uğur gətirmiş vokal cazından imtina da, balaca
Əzizəni caz dünyasına gətirmək qərarı da, “Muğam”ın yeni tərkibi də, müasir caz