187
üslublarını mənimsəmək cəhdləri də daxildir. Bax, indi bu da qüvvələrin növbəti
yarışı, daha bir imtahan, peşəkarlıq imtahanı. Sərt və kompromissiz! Monakoda
caz kompozisiyaları üzrə beynəlxalq müsabiqə. Şərtlər elədir ki, bundan betərini
tapa bilməzsən! Tam məxfilik, anonimlik! Heç nəyin arxasında gizlənmək müm-
kün deyil. Heç bir ad heç bir əhəmiyyət kəsb eləmir. Böyük avtoritetə malik
münsiflər hər bir kompozisiyanın yazısına qulaq asırlar. Qulaq asırlar kompo-
zisiyanın adını, müəllifin ismini bilmədən; bilmədən ki, bu hansı ölkədən, hansı
diyardan göndərilib. Bundan sonra isə səsvermə proseduru başlayır: razılaşaq
ki, çox obyektiv və qərəzsiz bir səsvermədir. Və belə bir səsvermənin yekununda
qalib pyes elan edilir: bu, Vaqif Mustafazadənin “Əzizəni gözləyərkən” kompo-
zisiyasıdır.
Tarixdə birinci dəfə idi ki, qələbəni sovet musiqiçisi qazanırdı. Olsun ki, öz
zəfəri barədə Vaqif xəbər tutsaydı, onun gözü önündən həmin andaca bütün
həyatı gəlib keçərdi: uşaqlığın caz təəssüratlarından, sinif və klub yığıncaqla-
rında çalğısından, “Orero”, “Qafqaz” ansambllarında çalışmalarından, “Leyli” ilə,
Sevil”lə, “Muğam”la, instrumental heyətlərlə çıxışlarından tutmuş ta ki festival-
lara, “cəm”lərə, qastrol səfərlərinə qədər... bax, bu ən əziz və ən ağır beynəlxalq
qələbəyə qədər...
Ancaq “Əzizəni gözləyərkən” kompozisiyasına beynəlxalq müsabiqənin Qran-pri
mükafatının verilməsi xəbəri 1980-ci ilin yanvarında Bakıya çatanda Vaqif artıq bir
ay idi ki, həyatla, doğmaları ilə, dostları ilə, kolleqaları ilə və, nəhayət, əzizlərin
əzizi Əzizə ilə əbədi vidalaşmışdı, dünyasını dəyişmişdi. Və elə onda da aydın-
laşmışdı ki, özünün müsabiqə ərizəsində Vaqif öz arzusunu yazıbmış: əgər qalib
gəlsə, mükafat fondu üzrə ona düşən pullara (25.000 dollar həmin dövrdə sovet
artisti üçün başgicəlləndirici bir məbləğ idi!) qırmızı royal alacaq.
Qırmızı royal... Qəribədir: nə üçün
qırmızı
royal?! O illərdə beləsi haqqında heç
eşitməmişdilər də... Başa düşüləsidir, əgər arzu edilsəydi, tutalım, ağ, tutalım,
gümüşü, tutalım bahalı ağac timsalında cilalı, tutalım, antikvar, yaxşı tutalım, lap
modern dizaynda... Dərd yarıydı... Amma qırmızı royal?! Bu yenə nəsə sırf Vaqif-
sayağı bir şeydi: parlaq, ifadəli, bəzəkli, obrazlı, odlu-alovlu... Hm... qırmızı royal!!!
Bəlkə o, bu qırmızı royalda 1977-də yazdığı orkestr üçün fortepiano konsertini
ifa eləmək istəyirdi? Böyük qırmızı royal və Mustafazadənin təcəssümünü tapmış
böyük niyyəti? (Niyə də yox?).