188
Vaqif konsertinin
ilk və hələlik yeganə ifaçısı
,
Azərbaycan pianoçuluğunun maestro-
su Fərhad Bədəlbəyli Mustafazadənin ölümünün otuz illiyinə həsr edilmiş gecədə
deyəcək: “Vaqifin adı Azərbaycan mədəniyyəti tarixinin ən parlaq səhifələrindən
birinə çevrildi”. Və Fortepiano konserti Bədəlbəylinin ifasında Vaqif çalğısı kimi lirik,
romantik, sirayətedici, həyəcanlı, bir də... temperamentli səslənəcək. (Heç “qırmızı”
royalda temperamentsiz ifa ola bilərmi?!)
Agahlıq
Vaqif özünün vaxtsız ölümünü öncədən duyurdumu? Çoxları deyir bunu.
Ölümündən haradasa bir ay qabaq Elza xanımla yarıciddi söhbəti yaddaşımda
özünə yer alıb:
Elza – Vaxt gələcək və sən qocalacaqsan. Təsəvvür eləyirsən, Vaqif, sən qoca və
keçəl olacaqsan. Məniynən bulvara gedəcəksən. Biz onda keçmişləri xatırlarıq
nostalji hissilə. Sənin çalğın barədə, konsertlərin barədə danışarıq.
Vaqif – Mən heç vaxt qocalmayacağam, keçəl olmıyacağam. Saçlarım da ağar-
mayacaq. Hərdən mənə elə gəlir ki, mən birdəfəlik gedəcəyəm, qara və gur
saçlarımla birgə”.
115
Və ya Əzizənin xatırladıqları: “Əzizəni gözləyərkən”i o, mən nənəmin yanından
tətildən qayıdanda yazıb. Bilirsiniz, o , həmişə hiss eləyirdi ki, cavan gedəcək, və
mənə elə gəlir ki, o, qorxurdu: qorxurdu ki, mənimlə görüşməyə vaxtı çatmaz.
Mən tətildən qayıtdım və onun gözlərini gördüm. Mən bu gözləri yadımda sax-
ladım... yalnız bir neçə il sonra anladım ki, bu gözlər o adamın gözləri imiş ki,
bizi tərk edib gedir. Mən sonralar da belə ifadəsi olan gözlər gördüm və onların
sahibləri də tezliklə ölürdülər. Bunu sözlə təsvir eləmək mümkün deyil”.
116
Onunla birgə işləmiş adamların danışdığına görə Vaqif tez-tez deyərmiş:
Bilirəm ki, erkən gedəcəyəm, amma bilmirəm nəvaxt olacaq bu iş. Bilirəm,
vəssəlam”.
117
Hərçənd indi bütün bunların nə mənası? Nə mənası ki, biz postfaktum ola-
raq hansısa sözləri, cümlə qırıqlarını, baxışları, müəyyən söhbət fraqmentlərini
xatırlayıb, onları bir yerə toplayıb burada bir peyğəmbərlik bəsirəti görmək
istəyirik? Onun o cür ağrılı ürəyilə, nasaz sağlamlığı ilə bu erkən ölüm artıq