190
ifa eləyən musiqiçi üçünsə bu, intellektin və fantaziyanın dəfələrlə güclənməsi
anlamına gəlir. Ölümün yaxınlığı duyğusu
musiqi cövhərinə
yaxınlaşmaq və
bu cövhəri dərk etməkdən ötrü yaradıcı adama sonuncu şans verə bilər; şans
verə bilər ki,
musiqi cövhərini
bir də onun forma və strukturlarında aşkarlasın.
Dahi musiqiçi üçün ölümün yaxınlığı duyğusu sonuncu dəfə
musiqi cövhərinə
fikrinlə, istedadınla və əllərinlə toxunmaq deməkdir. Lap ikinci musiqi avanqar-
dının lideri Karlhaynts Ştokhauzen kimi: “Hər şeyi tulla getsin... Sən musiqiçisən.
Sən dünyanın hər titrəyişini sədalara çevirə bilərsən”.
Başa düşürdü ki, finala az qalır və bunu qəbul eləyirdi. Bəlkə elə buna çatmağa
can atırdı Vaqif? Bəlkə də elə buna görə lap tələsik, asan öldü Vaqif və qoymadı
ki, kiminsə ona yazığı gəlsin.
Asan öldü: çünki bilirdi (və qəbul eləyirdi): dünyanın hər titrəyişini sədalara
çevirmək mütləq şəkildə heç kəsə nəsib olmayacaq bir şey?! Ya da asan bir
şey dünyanın hər titrəyişini sədalara çevirmək. Bəlkə ona görə cavanlar,
ümumiyyətlə, asan ölür?
Vaqif heç zaman bir kompozisiyanı vala iki dəfə yazdırmırdı. O, elə birinci
dəfədən bütün canını qoyurdu işin üstünə və ikinci dəfəyə gücü qalmırdı artıq
və ya artıq gücü qalmırdı ikinci dəfəyə. Odur ki, hər növbəti səsyazdırmaya
həlledici döyüşə hazırlaşan kimi hazırlaşırdı. Mən həmişə validol və ya nitrog-
liserini əlimdə tuturdum ki, disk yazılmasına sərf olunan vaxtdan sonra onları
bir təhər Vaqifin dilinin altına qoyum. Sözün əsl mənasında, mən dərmanları
bir təhər onun dilinin altına atırdım. Çünki o, elə tükənirdi ki, tərpənə bilmir-
di. Və bunları görənlər heyrətlənirdi: Vaqif bu cür var qüvvəsilə işləyə-işləyə
necə bacarıb dalbadal konsertlər verə bilir? Hətta bir konsertə necə dözə bilir?
Mən hamıya deyə bilməzdim ki, hər konsertin sonu “Təcili yardım”dır, sona-
can istifadə olunmuş validoldur, ürək damcılarıdır. Yorğunluq keçirdi, səhərisi
təzədən – konsert və ya səsyazdırma.”
Tofiq Quliyevin temalarına disk yazdıranda, Vaqif “Ekspromt”dan əvvəl məni ça-
ğırdı yanına və dedi ki, ola bilər bu ağırlığa tablamaya; çünki “Ekspromt” çox
güc aparır və əgər ona pis olsa, dərmanların dozasını artırım.
Bilirsiniz, mən Vaqifi yorğun da görmüşdüm, üzgün də. Amma belə çarəsiz,
belə tükənmiş, belə sönmüş heç bir vaxt” (Elza Mustafazadə).
118