194
arxasından ona əl yellədən və konserti həməncə bitirib pərdələri bağlamağı və
səhnədən çıxmağı xahiş edən Elzanı görürdü duman içində.
Ancaq axıracan çaldı konserti. Tamaşaçılardan heç kəs ağlına belə gətirmədi ki,
nəyin hesabına başa gəlib bu ona: həyatında sonuncu dəfə. Konsert qurtaran
kimi – geniş infarkt: “Caz-69”dan sonra ikinci dəfə.
Yenə on il əvvəl Bakıda olduğu kimi “Təcili yardım” və yenə Bakı festivalından
sonra olduğu kimi qarmaqarışıqlıq, tələskənlik – amma, bu dəfə, ümidsiz. Tibb
personalı heç nə eləyə bilmir. Dəhşətli bir ağrı hopub musiqiçilərin gözlərinə.
Elzanın heç bir nəticə verməyən and-amanları... Və daşkəndli həkim... baxır qıv-
rım qara saçlara və anlamır: axı nə üçün belə olmalıydı, əgər sadəcə,
konserti
təxirə salıb
dincəlmək mümkün idisə?!
Vaqifin ölümünü eşidəndə Tofiq Quliyev göz yaşlarını saxlaya bilməmişdi. O da-
nışırdı ki, “uşaq kimi ağlayırmış” və ümumiyyətlə, həyatında iki dəfə ağlamışdı:
biri qızı dünyasını dəyişəndə, biri də Vaqifin ölüm xəbərini alanda. Zivər xanıma
əvvəl-əvvəl deyəndə ki, Vaqifin halı Daşkənddə pis olub, həməncə hər şeyi anla-
yıb taqətsiz-taqətsiz döşəməyə sərilmişdi. Rafiq Babayevsə keçib öz kabinetinə,
qapıları bağlayıb: və bütün gecəni onun otağından gah musiqi eşidilib, gah da
hönkürtü. Səhərə Rafiq bir kompozisiya ortaya çıxarıb: Vaqifin xatirəsinə həsr
olunmuş – “Yaddaşın işığı”. Şəhərlilərin isə üzləri dəyişmişdi bu xəbərdən sonra.
18-
i Vaqifi dəfn eləmişdilər. Bir gündən sonra isə Əzizənin “yubileyi” idi: Vaqifin
qızının düz on yaşı tamam olurdu...
Koda” – Polşanın “Caz-forum” jurnalı öz məqaləsini belə adlandıracaq.
121
O, dahi idi, görkəmli artist, Dahi İnsan idi” – Pavel Brodovski bu sözləri ünvan-
layacaq Vaqifin anasına.
Vaqifin xatirəsinə 45 dəqiqəlik veriliş həsr edəcək Uillis Konover.
Azərbaycanın musiqi sənətinə ağır itki üz vermişdir. Azərbaycan SSR-in
əməkdar artisti, parlaq istedad sahibi, “Muğam” caz-ansamblının bədii rəhbəri
Mustafazadə Vaqif Əziz oğlu vəfat etmişdir ” cümləsilə Mədəniyyət Nazirliyinin
və Bəstəkarlar İttifaqının nekroloqu başlayacaq...