195
Başlanacaq... nitqlər... o barədə ki, bəs “Vaqif Mustafazadə milli mədəniyyət
tarixinin görkəmli musiqiçilərindən biridir ”, bəs “Vaqif Mustafazadə dahi caz
musiqiçisidir ”.
Şeypurlar çalınacaq hər tərəfdən, təbilləri döyəcləyəcəklər hər tərəfdən. Hər
tərəfdən difiramblar, şanlı alqış sözləri töküləcək mədəniyyət məkanına.
Bir kəlmə: bizim vərdiş elədiyimiz ölümdən sonrakı tarixçə...
Və 1980-ci il, o il ki, perspektivlər, yaradıcı proyektlər vəd edirdi, xatirə ili ola-
caq... 1982-ci, 1983-cü, 1984-cü... illər kimi... İndən belə hər növbəti il xatirə
ilidir. Yalnız bir tarix dəyişməz qalır – 16-sı tarixi.
16 –
ən işıqlı və ən qaranlıq rəqəmdir milli caz tarixində. 16-da (martda) doğu-
lub, 16-da (dekabrda) ölüb.
Əgər cəmi bir sözlə ifadə eləsək Vaqifin həyatını və şəxsiyyətini, o zaman
deməliyik:
axıracan yalansız yaşamaq
.
Hər şeydə yalansız olmaq: yaradıcı-
lıqda, dostluqda, sevgidə, dövlət adamları ilə, məmurlarla ünsiyyətdə, insan
münasibətlərinin hər bir təzahürlərində.
Bax, beləcə qısa bir HƏYAT.