18
İnqilab, avanqard və caz
İyirminci illər, ümumilikdə, bütün sovet incəsənəti tarixinin bəlkə də ən qabaq-
cıl mərhələsi olan həmin tarixin mühüm bir dönüşünü təşkil edir. Axı, bolşevik
devrimindən və vətəndaş müharibəsindən sonra keçmiş rus imperiyasının hər
bir bucağında xaos və dağıntıların hökmranlığı başladı; kommunist hökumətisə
incəsənəti total nəzarət altına götürməyə hələ vaxt tapa bilmirdi: odur ki, bir çox
rəssamlar, bəstəkarlar, şairlər üçün tam azad şəkildə, avanqard ideya və texnologi-
yalardan bəhrələnərək özünü reallaşdırmaq məqamı gəlib çatmışdır.
Bir sıra görkəmli mədəniyyət xadimləri inqilabı səmimiyyətlə, həvəslə, ürək dolusu
qəbul elədilər və inandılar ki, məhz bu inqilabiyyət onlara əsl azadlıq və radikal
dəyişikliklər gətirəcək. Həmin dövrdə Vladimir Mayakovski, Aleksey Kruçonı, Ka-
zimir Maleviç, Vladimir Tatlin, Aleksandr Rodçenko, Vsevolod Meyerhold, Sergey
Eyzenşteyn, Dziqa Vertov, Dmitri Şostakoviç, xaricdən qayıtmış Sergey Prokofyev
və başqa bu kimi sənətkarların yaradıcılığının nə qədər novatorçu, məhsuldar ol-
duğunu xatırlamaq kifayətdir. Və ya götürək elə 1923-cü ildə Moskvada açılmış və
öz avanqard fikirlərilə fərqlənən Müasir Musiqi Assosiasiyasını... Son dərəcə proq-
ressiv bir addım idi bu layihə... Çünki Müasir Musiqi Assosiasiyası avanqard jurnallar
buraxırdı, yeni kompozisiya texnologiyalarını təbliğ edirdi və öz novatorluğu ilə
seçilən Qərb operalarının rus səhnələrində qurulması işinə yardım göstərirdi. Hələ
onu demirik ki, məhz iyirminci illərin ortalarında bütün zamanların və bütün xalqla-
rın “Potyomkin zirehlisi” adlı avanqard kino-şedevri yaranmışdı. Onda kimin ağlına
gələrdi ki, cəmi bir neçə ildən sonra bu avanqardın başına nə oyun gətirəcəklər. Kim
inanardı ki, Mayakovski intihar eləyəcək, Meyerholda divan tutulacaq, Müasir Mu-
siqi Assosiasiyası mənən darmadağın ediləcək, Şostakoviç isə ağır ideoloji pressinq
altına düşəcək?
Biz indi heç də bolşevik repressiya və təzyiqlərindən danışmaq fikrində deyilik:
sadəcə vurğulamaq istəyirik ki, iyirminci illərin inqilabçı-avanqard coşqusu içində ilk
caz həvəskarlarının və ilk caz bandlarının (caz-bəndlər kimi deyilişi də mümkündür –
tərcüməçidən) ölkədə meydana gəlməsi qətiyyən qəribə görünmür.
Aleksey Bataşov özünün “Sovet cazı” kitabında yazır ki, “1922-ci ildə “RSFSR-in
ilk ekssentrik orkestri – Valentin Parnaxın caz-bəndi” təşkil olunur”; çox çəkmir ki,
ikinci konsert baş tutur və bu konsertdə “V.Parnax “Ekssentrik incəsənət haqqında”
məruzə oxuyur, caza dair yazdığı şeirlərini əzbərdən söyləyir və özünün düzüb-