198
Əbədi musiqi“
Qəribədir (digər tərəfdən, burada qəribə nə var ki?), bu yüksək ibarəli sözlərdən
sonra Vaqifin qırx illiyi onun vətənində, demək olar ki, sakitcə ötüşdü, gündəmə
gəlmədi. Ölümünün ildönümünü isə İttifaqda birinci olaraq Tiflis keçirdi: Tiflis yad
elədi Mustafazadə xatirəsini.
Amirani” adlı Tiflis caz-klubunda gürcü sənətçilərinin ifasında bir neçə saat caz
musiqisi səsləndi. Daha bir neçə ildən sonra isə Tiflis caz festivalının sonuncu
gününü “Vaqif Mustafazadə günü” elan elədi.
German Lukyanovun “Kadans”ı Vaqifin temalarında kompozisiyalar çaldı. “Muğam”
pyesi “Tiflis” (bədii rəhbər Tamaz Kuraşvili) qrupu tərəfindən götürülüb yenidən
işlənildi. Klaypeda şəhərindən olan ansambl Saulyus Şauçyulisin rəhbərliyilə Vaqifin
Söhbətlər”ini öz versiyasında təqdim etdi. Kursk şəhərinin nümayəndəsi isə özünün
Mustafazadə sorağında” adlı pyesini çaldı.
Vaqif Mustafazadə günü”nün sonunda səhnəyə Əzizə çıxdı, ifa elədi “Mart ayı”,
Kədərlənirəm”, “Bağda” kompozisiyalarını və camaatı yamanca kövrəltdi.
122
Bakı bu xatirə “marafon”una 1981-ci ilin 16 martında qoşuldu. Respublika Xor Cəmiyyəti
və Bəstəkarlar İttifaqı Aktyor Evində “Əbədi musiqi” gecəsini keçirdilər. Öncə hamını bir
kədər, bir qüssə, bir itki üzüntüsü bürümüşdü. Çıxışçıların səsi ya titrəyirdi, ya da batırdı
həyəcandan, ağrıdan. Zal susqunluğa qərq olurdu, atmosfer gərginləşirdi.
Nə qədər çox matəm nitqi söylənilirdisə, “əbədi musiqi” bir o qədər çox “əbədi
faciə”yə çevrilirdi. Sanki ümidsizlik ovqatı dəmir məngənə kimi sıxırdı insanları. Bu
hal ta o vaxtacan davam elədi ki, zala Vaqifin musiqisini buraxdılar.
Çöhrələr işıqlandı, alqışlar eşidildi “canlı” caz konsertində olduğu kimi; “canlı” caz
konsertində olduğu kimi insanlar öz emosiyalarını bildirməyə, uğurlu passajlara, bu
və ya digər improvizə gedişinə, ya da hər hansı bir sinkopaya əl çalmağa başladılar.
Pəncərələri açdılar, dinamiklərin gücünü artırdılar ki, foyeyə, pilləkənlərə, küçəyə
toplaşmış adamlar da Vaqif musiqisini eşitsinlər, Ustad çalğısından həzz alsınlar.
Xatirə gecəsi, “Əbədi musiqi” gecəsi getdikcə döndü oldu əbədiyaşar caz gecəsi,
əbədiyaşar improvizə gecəsi, Vaqif musiqisinin əbədiyaşar nəfəs gecəsi.
Kiyevdə bir gün. 7 oktyabr 1978-ci il
(
CD/2003/Taras Bulba)