201
kimi... Bütün bunları o, “Əlvida, Əzizə” adlandırdığı kompozisiyada danışdı. Danışdı
və Bakı festivalının mübahisəsiz lideri oldu.
Rafiq Babayevin “Yaddaşın işığı” (və ya “Kədərin işığı”) kompozisiyasının premyerası
da bu festivalda baş tutdu. Burada simvolik olan da çox idi, şəxsi olan da. Vaqifin
ölümündən sonra Rafiq olurdu milli cazın simvolu: indən belə cazda baş verənlər və
baş verəcəklər üçün onun çiyinlərinə düşən yükün, məsuliyyətin ağırlığı iki dəfə artırdı.
16 (
yenə bu 16!) dəqiqə “Yaddaşın işığı”, 16 dəqiqə iki mövzunun təzadlı
qarşıdurumu. Bu ziddiyyətin nəticəsini Mahmud Məhiuddin gözəl ifadə eləyib:
Həyata doğru, o həyata doğru ki, çağırır, gözləyir və tələsə-tələsə axıb qurtarır”.
124
Festivalda Rafiqlə yanaşı Əzizə də çıxış eləyirdi. Məhz həmin gün bakılılar Vaqifin
qızının vokalını əməlli-başlı dinlədilər və istedadını özləri üçün kəşf etdilər. Əzizə
elə ondaca özünü musiqi müəllifi kimi tanıtdı və Nazim Rzayevin rəhbərliyi altında
Dövlət Kamera Orkestrilə öz “Vokaliz”ini oxudu.
Caz-83” – Azərbaycan paytaxtının ən iri miqyaslı caz proyekti oldu.
Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş ikinci belə festival “Caz-87” dörd
ildən sonra gerçəkləşdi və bir neçə gün çəkdi. Yenidən ölkənin hər tərəfindən
musiqiçilər axışıb gəldi və konsert meydançaları ağzınacan doldu. Amma xüsusi
həzz duyurdu o seyrçilər ki, onlar Yaşıl Teatra bilet tapa bilirdilər. Çünki ən maraqlısı
burada baş verirdi və konsertlər burada gecəyarıya qədər davam edirdi.
Caz-87”-nin qeyri-ordinar hadisələri Əzizənin, Rafiq Babayevin “Dövlət Teleradio
Şirkətinin Simfonik Orkestrinin solistlər ansamblı” kimi təqdim edilən yeni
kollektivinin
125
, “
Qaya” kvartetinin, Teymur Mirzəyevin “Araz” caz-ansamblının,
İlyas Mirzəyev və Leonid Ptaşkonun rəhbərlik etdiyi qrupun, Leninqraddan gəlmiş
qonaqlar Vyaçeslav Qayvoronskinin, Vladimir Volkovun, Larisa Dolinanın, Oleq
Molokoyedov və İvars Qaliniyeksdən ibarət Riqa-Vilnüs duetinin, bizim moskvalı
soydaşımız Vaqif Sadıxovun çıxışları idi.
Bax, elə bu festivallardan götürür öz başlanğıcını gələcək Bakı Beynəlxalq Caz
Festivallarının möhtəşəmliyi, zəngin ənənəsi. Əbəs deyil ki, dünyanın bir nömrəli
caz ulduzları məhz bura böyük həvəslə təşrif buyuracaqlar.
126
Sonralar Vaqif musiqi
axşamları dönə-dönə təkrarən bir neçə dəfə keçirildi. Ən yadda qalanları:
Vaqif Mustafazadə
(
CD/2000/Bakı-Raks)