19
qoşduğu bir neçə ekssentrik rəqs nömrəsini göstərir”; bundan əlavə, “məruzənin,
rəqslərin və musiqinin müzakirəsində o dövrün Vsevolod Meyerhold, Kasyan Qo-
leyzovski, Sergey Eyzenşteyn, Nikolay Foregger kimi görkəmli teatr xadimləri də
iştirak edirlər”.
10
Azərbaycan, bu və ya digər dərəcədə, mədəniyyətin inqilabçı-avanqard bu-
rulğanına cəlb edilmişdi. Düzdür, buranın da öz inqilabçı-avanqard “döyüş”
və “müharibələri” vardı. İnqilaba qədərki hər bir ənənəni birdəfəlik rədd edən
nihilistlər “əski” ənənəvi dəyərlərin qeyzlə müdafiəsinə qalxışan konservator-
larla mübahisəyə girişirdilər; radikallar israr edirdilər ki, milli adətlərin və mil-
li incəsənətin yeri muzeydədir, milli maraqların “təəssübkeş“lərisə hər cür özgə
təsirləri və bəhrələnmələri xalq ruhuna yad hesab edirdilər; proqres tərəfdarları
Azərbaycan musiqisinin inkişaf yolunu Avropa mədəniyyətinin tendensiyaları ilə
əlaqələndirib buyururdular ki, “çağdaş Azərbaycan operasını çadra və köhnə
əlifba ilə birgə tarixin arxivinə vermək lazımdır”.
11
Onların rəqibləri isə, əksinə,
mühafizəkar və qoruyucu mövqeyi dəstəkləyirdilər. Üzeyir Hacıbəyli bütün bu
avanqardçı” hay-küylə bağlı belə bir maraqlı faktı dilə gətirib yazmışdı ki, hətta
cavan Asəf Zeynallı da hansısa bir məqamda “bütün bunları köhnə və musiqi
sənəti sahəsində inqilabi dəyişikliklərin tələblərinə yararsız bilib keçmiş irsə qar-
şı”
12
davakar bir mövqedə dayanmışdı.
Dəyişikliklər və yeniliklər intizarında bulunan Bakıda iyirminci illərdə teatr hərəkatı
genişləndi, ədiblər və artistlər assosiasiyaları yaradıldı. Hələ bu bir yana dursun: Ba-
kıda, – bir fikir verin, müsəlman respublikasında! – Bayramovun feminist klubu açıl-
dı.
13
Yəni, nə qədər ki bolşeviklərin repressiya maşını işə düşməmişdi və sürət yığ-
mamışdı, hələ Bakıda da, bütün ölkədə olduğu kimi, ümid vardı ki, zahiri əyintilərə
və sapmalara baxmayaraq, yeni və proqressiv olanı qavramaq üçün əlverişli mühit
qalmaqdadır.
Xüsusən də ona görə ki, iyirminci illərdə rus poeziyasının sütunları sayılan Velimir
Xlebnikov, Aleksey Kruçonı, Sergey Qorodetski, Vyaçeslav İvanov kimi şairlər və ya
Stepan Erzya kimi heykəltəraş cənubun neft mərkəzinə gəlmişdilər, gəlib qonaq
İyirminci illər digər sovet dekadalarından bir də onunla fərqlənir ki, bu dövrdə sovet
və dünya incəsənəti, sovet və Qərb musiqi aləmi arasında qısa müddətli təmas,
qarşılıqlı təsir məqamları yaşanılır. Bu qısa zaman intervalında sanki bir dünyadan
o biri dünyaya açılmış nəfəsliyi qapatmağı unudurlar və həmin aralı nəfəslikdən
imkan tapıb caz daxil olur içəri.
Asəf Zeynallı