209
Hər şey dəqiqliklə müəyyənləşdi. İndi insan varlığının şərtlərini və qaydalarını
getdikcə daha sürəkli bir şəkildə qloballaşma (kürəsəlləşmə) diktə edir. Təbii ki,
bu, mədəniyyətdə, sənətdə, musiqidə həməncə reflektiv inikasa uğrayır.
XXI əsrdə musiqi ideologiya və ya sistem kontekstində qarşıdurma və ziddiyyətlərin
döyüş meydançası olmağı tərgitdi, bu və ya digər bədii və mədəni gerçəkliyi
simvollaşdırmaqdan da imtina etdi, barışmaz-radikal semantikalar və ifadələr
üçün vacib spesifik mühit yaratmaqdan da əl çəkdi. O, özünün, kommunist
dönəmində yetərincə aktual, ictimai-sosial funksiyasını tamam itirdi. Əgər
gedib camaatdan soruşsaq ki: musiqi təbliğat vasitəsi olmalıdır, yainki əksinə,
təbliğatdan yan ötüşməlidir; musiqi sinfi xarakter daşımalıdır, yoxsa siyasətdən
gen gəzməlidir; musiqi real hadisə və proseslərin gerçəkçi əksini güzgüləməlidir,
ya onlardan tamam yabancılaşmadır, – pis halda bizi ələ salıb güləcəklər, yaxşı
halda biganəliklə baş bulayıb uzaqlaşacaqlar. Ola bilsin ki, bizi heç anlamasınlar
da. Bir vaxtlar ictimai, sosial, siyasi nələrsə musiqini təşkil edən komponentlər
içində idi, indiki çağda isə cəfəng və mənasız görünür.
Mədəniyyət məkanının yeni gerçəkliyi və yeni nisbətləşməni mümkün sayan
yeni modeli əmələ gəlir. Bugünki tarixi distansiya imkan verir ki, öncəki
qərinələr incəsənətinin antoqonist
strategiyasında
çox şeyləri obyektivcəsinə
qiymətləndirək. Getdikcə
avanqard
və ya
andeqraund
terminləri az-az işlədilir və
onlar getdikcə daha aktiv şəkildə
alternativ
sənət,
başqa
sənət sözlərilə əvəzlənir.
O vaxt ki avanqard konseptuallaşdı, özü-özünü təsvir eləməyə başladı, bax, onda,
yəni XX əsrin sonuna doğru onun tarixən tükənməsi prosesi sürətləndi və hardasa
kütləvi mədəniyyətə avanqardın funksiyasının verilməsini şərtləndirdi. Beləliklə,
təkcə terminologiya yox, müasir sənətin semantikası və strukturlaşması da dəyişdi.
Ümumbəşəri qloballaşma və bunun nəticəsi kimi gündəlik standartlaşma ora
gətirib çıxardıb ki, indi hər hansı bir konsert salonunun kreslosunda, fərq eləməz,
bu, Sidneydə və ya Çikaqodadır, Amstredam və ya Tokiodadır, Mexiko və ya
Seuldadır, London və ya Monrealdadır, Moskva və ya Helsinkidədir, əyləşəndə
sənə nə təklif olunacağını, səni nə gözlədiyini, bu və ya digər əsərdə nə baş
verəcəyini əvvəlcədən bilirsən. Heç proqramı, musiqi müəlliflərinin adlarını
öyrənməyə də dəyməz.
Standart
indiki musiqi istehsalatının qanunvericisidir.
Elə bunun ucbatındandır ki, çağdaş festivallar ümumi bir festival standartı üzrə
proqramlaşdırılır və bir-birindən az fərqlənir. Ona görə bir festivaldan uğurla
keçmiş bir əsər digər festivalın proqramına da uyğun gələ bilər. Əsas məsələ