210
standarta əməl etməkdir: o zaman həmişə festival (konsert, televiziya və ya
studiya) formatında olacaqsan.
Standartdan kənarlaşmaq, unifikasiya edilmiş, yəni vahid şəklə salınmış festival
doktrinasından uzaqlaşmaq bu o deməkdir ki, sən günün meynstrimindən (baş
istiqamətindən, əsas axınından) uzaqlaşırsan; o meynstrimdən ki, mass-media və
kütlə qarşısında uğur gətirir, maddi təminatı təmin edir.
Bax, bu, ümumbəşəri qloballaşma, standartlaşma, kütləvi ortacallıq dünyasında,
yaradıcılığın ucdantutma unifikasiya edilməsi əsrində yenidən və yenidən Vaqifə
(
eynilə də Rafiqə) təşəkkürümüzü bildirək. Çünki onlar elə elədilər ki, Azərbaycanın
bu və ya digər caz musiqiçisi standartlara nə qədər uyğunlaşsa da, indiki meynstrim
əlamətlərini nə qədər nəzərə alsa da, onun milli siması, milli özünəməxsusluğu
bütün standartlar və formatlar fövqündə dayanacaq, istəkdən və canatımdan asılı
olmayaraq özünü büruzə verəcək.
Mustafazadədən sonra Azərbaycan cazında unikal situasiya yarandı: heç bir
musiqiçi Vaqif musiqisinin ecazkar təsirindən qaça bilmədi, yan ötüşmədi.
Həqiqətən, ecazkar və möcüz: onun sənəti sirrli bir şəkildə Azərbaycan musiqisinin
bütün məkanını doldurdu. Necə ki, məsələn, insan istəsə, ya da istəməsə, heç fərq
eləmir, əgər o, Bakıda doğulubsa, muğam sədaları körpəlikdən onun qanına, canına,
düşüncələrinə hopur; o, ixtiyarsız muğam dünyasının, muğam dünyaduyumunun
bir hissəsinə çevrilir. Eləcə də cazda: əgər sən Bakıda caz eşidib öyrənmisənsə
və caz çalırsansa, məsafə gözlə, ya gözləmə, təsirlən, ya da təsirlənmə, heç nə
dəyişmir: Vaqifin musiqisi sənin və sənin caz aləminin bir parçası olur.
Mustafazadə yaradıcılığı absolyut bir şey deyil: belə bir iddia, ümumiyyətlə, xırdacal
və zəif birisinin aqibətidir. Amma, buna baxmayaraq, onun yaradıcılığı başqasına öz
şəxsi caz yolunun seçilməsi prosesində mütləq yarayır. Və Azərbaycanın hər bir caz
ifaçısının seçimi, o bunu boynuna alsa da, almasa da, Vaqif musiqisinin mənaları və
eyhamları ilə ilişiklidir.
Biz hər səhər yuxudan ayılıb gözlərimizi açanda yaddaşımızda bütün həyatımızı
bərpa eləyirik: bərpa eləyirik bilgiləri, duyğuları, dadları, qoxuları, rəngləri; o vaxt
bizim təmiz beynimiz bir andaca özümüz haqqında, dünya haqqında, əşyalar,
predmetlər və sairə haqqında məlumatlarla dolur. Eləcə də hər dəfə azərbaycanlı