214
Lalə klassik pianoçu olmağa
ustunluk verdi
Varisələr. Lalə Mustafazadə
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsinə on
yeddi yaşlı qız çıxır və inamla royal arxasına əyləşir. Orkestr çalır və birdən Sergey
Prokofyevin şən, ötkəm, lovğa, obrazlı ifadələrlə dolu, kəskin ritmli musiqisi bir çay
kimi coşaraq tamaşaçı salonuna axır və seyrçiləri öz əsirinə çevirir.
Lalə Mustafazadə Prokofyev musiqisinin təbii nəbzi tələb etdiyi kimi çalır, coşqu ilə,
ehtirasla. Budur, Üçüncü konsertin yekun akkordları artıq alqışlar tufanına qoşulub
səslənir. Maestro Niyazinin özü gənc pianoçu xanımın əllərini sıxır”.
131