215
Təəssürat elədir ki, məqalədə söhbət sanki klassik fortepiano axşamı haqqında yox,
caz axşamı haqqında gedir. Bu nə deməkdir, musiqi qurtarmamışdan öncə alqışlar?
Klassik konsertlərdə belə bir şey, – moveton, – qaydalardan istisnadır. Klassik
konsertlərdə, yoxla bir, vaxtından qabaq əl çal, o dəqiqə sənə pis baxacaqlar, sənin
səhvini tutacaqlar. Mümkün ki, burada “soyadın effekti” öz rolunu oynayıb. Zalın
içindən kimsə, yüz faiz caz adamları, atanın konsertlərində olduğu kimi, dözməyib
öz duyğularını ifa etmək üçün əl çalıblar. Sonrası isə “soyadın effekti” üzrə davam
eləyib və zəncirvari reaksiya kimi zala yayılıb.
Simvolikdir ki, “soyadın effekti” Niyaziyə də təsir eləyir və o, xatırlayır ki, qırx il
bundan əvvəl ata-Mustafazadənin də uğuruna beləcə inanmışdı.
Lalə atasının caz yolunu davam etdirmədi, klassik pianoçu olmağa üstünlük verdi və
haradasa nənəsi Zivər xanımın Vaqiflə bağlı arzularını yerinə yetirdi.
1978-
ci ildə, on üç yaşında ikən Bakı Simfonuk Orkestrilə Frederik Şopenin
Miminor Konsertini çaldı; 1983-cü ildə VI Respublika müsabiqəsinin qalibi oldu; elə
bu ildəcə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ibtidai təhsili başa vurdu.
Konservatoriyada professor Rauf Atakişiyevin sinfinə düşdü: bu da sizə digər bir
caz” paraleli. Soruşacaqsınız xeyir ola? Mən də deyəcəyəm: çünki Rafiq Babayev
Rauf Atakişiyevdə oxumuşdu. Və Lalə də Rafiq kimi hara çatırdı, öz müəllimi
haqqında xüsusi minnətdarlıq hissilə danışırdı: “Mən tam əminəm ki, bir addım
da irəliyə ata bilməzdim, əgər müəllimim Azərbaycan Dövlət Konservatoriyasının
professoru Rauf İsrafiloviç Atakişiyev saatlarla instrument arxasında mənimlə birgə
əyləşib işləməsəydi”.
132
Müəllimi də tələbəsini elə bu cür bir ehtiramla səciyyələndirir: “Mustafazadə Lalə,
üçüncü ildir mənim sinfimdə oxuyur və şübhəsiz ki, istedadlı birisidir. Onun çalğısını
dərin düşüncə, fikir aydınlığı, texniki azadlıq və detalların cilası, ifa edilən musiqinin
üslub xüsusiyyətlərinin düzgün duyumu, zərif bədii zövq, böyük ümumi mədəniyyət
və erudisiya səciyyələndirir. Öz peşəsinə ciddi münasibəti və nadir pianoçu xanım
işgüzarlığını qeyd etmək lazımdır”.
133
Lalə özünün ilk müəllimi, Bakının digər tanınmış professoru Elmira Nəzirovanı da
xüsusi minnətdarlıq hissilə xatırlayır: “Güclü əllər” kömək elədi mənə, o əlləri ki, Bülbül
adına məktəbdə mənim birinci müəllimim Elmira Nəzirova formalaşdırmışdı”.
134