217
mən öz vədimi yerinə yetirmişəm, Epinalda qələbə qazanmışam, müsabiqənin
Qran-prisini almışam”.
136
Bu qələbə Lalədən ötrü Avropanın musiqi dünyasına bir qapı oldu. Müsabiqədən
sonra münsiflər heyətinin sədri professor Merle tərəfindən fəxr ediləsi bir təklif alındı:
qalıb onun sinfində təcrübə keçmək. Elə o zamandan etibarən Lalənin Avropada
fəal musiqi həyatı başladı. Və bugünün özündə də Lalə sevilən və ifasına tələbat
olan bir musiqiçidir.
Paris konservatoriyasında dərs deyir, Qrənd-opera ilə əməkdaşlıq eləyir,
Fransanın aparıcı ustad sənətçilərilə duetlər çalır. Onun özünün ustad dərslərinə
isə Yaponiyadan, Koreyadan, Böyük Britaniyadan, Skandinaviya ölkələrindən,
İtaliyadan... tələbələr gəlir. Düzdür, qastrol səfərinə çıxmaq əvvəlki kimi çox nəsib
olmur: çünki Lalə oğlu Mikayılı böyüdür – Vaqifin ilk nəvəsini.
Lalənin caz ifaçısı yox, klassik pianoçu karyerasına qədər... bir məqam.
Atamın xatirəsi mənim üçün çox əzizdir. Onu bərk sevirdim. Ancaq yəqin az adam
bilir ki, atam klassikaya qulaq asmağı necə xoşlayırdı. O, həmişə mənə deyirdi
ki, həqiqi pianoçu klassik musiqi məktəbini keçməlidir. Bizim onunla ikimizin bir
sevimli pianoçusu vardı – Svyatoslav Rixter. Atam daim onun yanına getməyi
arzulayırdı. Bununla belə, caza böyük hörmətim müqabilində, mən yenə klassikanın
vurğunuyam”.
137
Şahzadə Əzizə
Özünün səhnədə ilk çıxışını Əzizə aid edir Asiya və Afrika ölkələrinin Bakı forumuna.
Deyir ki, onda üç yaş dörd aylıq imiş. İkinci çıxışı Tiflisdə olub “Caz-78” festivalında
və qürurludur ki, atası ilə eyni medaldan alıb. “Cücələrim” cizgi filminin musiqi
tərtibatındakı iştirakını da xatırlayır. “Sən doğma şəhərdə həmişəlik qalmağı
arzulardınmı?” sualına isə elə cavab verir ki, əla ifa edilmiş improvizdən sonrakı
kimi əl çalmaq fikrinə düşürsən: “Mən, əlbəttə ki, burada yaşamaq istərdim, onda
mən Azərbaycana nə verə bilərəm. Təbii ki, əyləşib Xəzər dənizinin gözəlliyini
seyr etmək yaxşıdır, amma nəsə qazanmaq üçün gərək hərəkət eləyəsən, əziyyətə
qatlaşasan, qarşına qoyduğun məqsədə yetişəsən. Nostalji hissi daha çox insanı
ilhamlandırır”.
138