222
Yəqin ki başqa cür ola da bilməzdi. Vaqifn qızı nəsildən nəsilə, ustaddan şagirdə,
mürşiddən müridə ötürülən minillik milli ənənəni öz içində daşımaya bilməzdi.
Mənim caz kompozisiyalarımın əsas ilhammənbəyi muğamdır. Mən muğamı nəcə
təsvir eləyə bilərəm? Bu sehrli bir musiqidir. Mən muğamdan onun tipik ənənəvi
formasında istifadə eləmirəm. Mən onu klassik və avanqard musiqilə qarışdırıram.
Muğamda heyran eləmək və hipnoza salmaq qüdrəti var. Çox sirayətedici bir
musiqidir muğam: güclüdür və qədimdir muğam” (Əzizə Mustafazadə).
143
Sanki Vaqifin sözlərini eşidirik, sanki Vaqif danışır Əzizədə. Və sanki atanın fasiləsiz
yeniləşən caz-muğam xəttinin davamını duyuruq burada.
Uzun illər bundan öncə mən lap gənc Əzizə haqqında yazmışdım: “Təkcə
istedaddan yol lazım deyil, həm də istedada yol lazımdır”.
144
Lakin elə alındı ki,
istedad öz-özünə yol açdı, öz-özünün yaradıcılıq taleyini və karyerasını qurdu.
Elə bir yol açdı ki, hətta Jazziza Records markası altında 2007-ci ildə öz Contrasts
II diskini buraxdı.
Son illərdə Şahzadə Jazziza (rus dilində “джаз” və “Джазиза” sözləri “a” hərfilə
yazılır və elə beləcə də tələffüz olunur. İngilis dilində isə “jazz” kəlməsi “cəz” kimi
deyilir, “Cəzizə” isə həm ingilis, həm də Azərbaycan dilinin qarışığında yaranmış
bir söz olur. Bu baxımdan monoqrafiyada “caz” sözü “cəz” kimi yazılmalıydı. Lakin
bu söz bizim dildə caz kimi təsdiqləndiyindən onu dəyişməyi məsləhət bilmədik
qeyd tərcüməçinindir
)
xanımın yaşam cədvəlinin həddən ziyadə gərgin və
yüklənmiş olmasına baxmayaraq, o, tez-tez öz doğma şəhərinə təşrif buyurur.
2007-
ci ildə Jazizza öz vətənində təşkil edilmiş Baku Jazz Festival kimi möhtəşəm
bir tədbirə qatılır. Onun M.F.Axundzadə adına Azərbaycan Dövlət Opera və
Balet Teatrında çıxışı zamanı zal ağzınacan dolur və Əzizə hər nömrədən sonra
dəfələrlə səhnəyə təkrar-təkrar çağırılır. Əzizə atasının 70 illik yubileyilə əlaqədar
da 2010-cu ildə Bakıya gəlir; o zaman gəlir ki, sanki gəlməsi mümkün deyildi:
çünki gününəcən, dəqiqəsinəcən hər şey qastrol cədvəlinə uyğunlaşdırılmışdı. Bu
vaxt təkcə Avropa ona üç istiqamətdə qastrol marşrutu təklif edirdi.
Bir də axı doğma torpağa, şəhərə, ölkəyə, xalqa sevgi Vaqifdən qalma bir mirasdır
və Mustafazadələrin təbiətindədir. Bir dəfə Əzizə tərəfindən söylənilmiş fikri Vaqif
də deyə bilərdi: “Mən tam səmimiyyətilə inanıram ki, Azərbaycanın gələcəyi işıqlı
olacaq. Azərbaycanlılar xoşbəxt yaşamağa layiqdirlər, çünki onlar öz qəlblərinə