223
maska taxmırlar. Sözün həqiqi mənasında, azərbaycanlılar çox səmimidirlər.
Hamısı yox, əlbəttə ki. Amma əksəriyyəti xeyirxah və açıq adamlardır ”.
145
Bir qədər bundan öncə, yəni 1 avqust 2010-cu ildə tanınmış franko-alman telekanalı
ARTE bizim Şahzadə haqqında 45 dəqiqəlik film göstərdi və bu film Avropanın
caz auditoriyasında müsbət rezonans oyatdı. Və bu vaxt yüzüncü, mininci dəfə
fikirləşirsən: bu necə də ədalətsizdir, ağrılıdır, necə də adama toxunur ki, Vaqif öz
atalıq xoşbəxtliyinə qədər yaşamadı. Yaşasaydı, cəmi-cümlətanı 70 yaşı olacaqdı...
Əslində 70 yaş nədir ki...
Əzizə öz taleyində çox şeyə nail olub. Faktiki olaraq müəyyən əlaqələrsiz, müəyyən
tanışlıqlarsız və müəyyən güzəştlərsiz o gəlib çatıb bu səviyyəyə. Nə əldə eləyibsə
həyatında Əzizə, oz istedadı, öz zəhmətsevərliyi hesabına əldə eləyib. Bütün
bunlarla yanaşı ona həmişə yalnız bir nəfər çatışmayacaq, həmişə bir nəfərin yeri
boş qalacaq onun yanında: atası Vaqifin.
David Koyfmanın, Vaqifin həyat və yaradıcılığını yaxşı bilən insanın, sözləri də elə bu
haqdadır: “Əgər o, indi yaşasaydı və Əzizə kimi işləsəydi! Ona belə imkanlar, belə
şərait, belə vaxt lazım idi”.
146
Əzizə və Lalə, Lalə və Əzizə. İki varisə, Vaqif nəslinin iki davamçısı. Qoy, belə olsun,
belə də davam eləsin.
Adətən təbiət dahilərin övladlarında istirahət edir, amma Vaqifsə öz böyük
istedadının davamçılarını, – iki qəşəng qızını, – Əzizəni və Lalə Mustafazadələri
dünyaya bağışlayıb getdi” (Müslüm Maqomayev).
147
Mühafizəçi xanımlar
Əgər çoxdan Bakıda olmayıb, onu çoxdan görməyib, İçəri Şəhərdə çoxdan
gəzməyibsinizsə, köhnə şəhərin parltılı təmiz və səliqəli görkəmi, ehtimal ki, Sizi
təəccübləndirəcək. Amma Böyük Qalada, indiki Vaqif Mustafazadə küçəsində,
Bakının köhnə görünüşü bir sirr kimi hələ də qalır. Bəlkə bu ona görə belədir
ki, dahi caz ifaçısının yaşadığı yer indi də hər bir şəhər musiqiçisi üçün son
dərəcə cazibəli bir məkandır. Bəlkə bu ona görə belədir ki, Vaqifin evinin harada
yerləşdiyini bilməyən, onun mənzilində olmayan bakılı heç bakılı sayılmır. Bəlkə
bu ona görə belədir ki, Vaqifin evindən yenə həmin vaxtlardakı kimi dənizin və