225
adam yoxdur, səndən başqa”
148
,
Afaq xanım tərəddüd etmədən razılaşdı,
halbuki anlayırdı boynuna götürdüyü vəzifənin məsuliyyətini.
Yaxşı yadımdadır Zivər xanımla danışdığım həmin əlamətdar gün. O söhbətdən
sonra mənim həyatım sanki iki hissəyə bölündü. Dünənə qədər bir başqa
ömür yaşayırdım, bu gün isə tamam fərqli bir ömür. Çünki mənim həyatım
artıq dahi Vaqifin mədəniyyət üçün kəsb etdiyi məna ilə mənalanmışdı. Mən
bilirdim, xalamın min bir əziyyətlə yığıb topladığı, bərpa elədiyi irsi təkcə
qoruyub saxlamaqla iş aşmır; lazımdır ki, fəal surətdə Vaqifin yaradıcılığını təbliğ
edəsən, yeni naməlum fakt və materialları aşkarlayasan, Muzeylə tarixçilərin,
musiqişünasların, sənət adamlarının əməkdaşlıq münasibətlərini qurasan,
Vaqifə həsr olunmuş tədbirlər keçirəsən, mənim xalam oğlunun caz-muğam
xəttini davam etdirən Azərbaycanın gənc caz ifaçılarını dəstəkləyəsən. Mən
çox istərdim ki, Vaqifin qızları bilsinlər: Bakıda, vətən torpağında bir ev var ki,
orada onların atasının xatirəsini əziz tutub qoruyurlar və bu evdə onun canlı
musiqisinin döyüntüsü hər zaman eşidiləcək”.
149
Zivər xanım oğlu uçun nə etmək
mumkun idisə, onların hamısını elədi.