226
Afaq Əliyevanın sözü ilə əməli üst-üstə düşdü. Öz şəxsi vəsaitindən muzey işinə
xərcləyən Afaq xanım eyni zamanda Vaqif Mustafazadə adına Mədəniyyət-
Xeyriyyə Fondunu təsis edir.
Bu Fondun prezidenti kimi o, Vaqif irsinin qorunmasında və təbliğində böyük
fəallıq göstərir. Belə ki, Fondun fəal dəstəyi nəticəsində Vaqif disklərinin
əksəriyyəti buraxılıb və onun şərəfinə bir neçə xatirə tədbiri keçirilib. Bununla
yanaşı Fondun fəaliyyəti təkcə Vaqif irsilə məhdudlaşmır. Fond yeni caz
istedadlarına maddi və mənəvi dəstək olur, müəllif gecələrinin və veteran,
korifey sənətçilərin konsertlərinin təşkilində yaxından iştirak edir, Azərbaycan
mədəniyyətinin vacib tarixi mərhələlərilə bağlı layihələri maliyyələşdirir.
İndi Mustafazadə Muzeyi və onun adını daşıyan Fond milli caz həyatının ayrılmaz
bir hissəsidir, müasir Azərbaycan cazı tarixinin bir guşəsidir; elə bir guşəsi ki,
burada Vaqifin qoyduğu ənənələrdən dəyərli və uca heç nə ola bilməz.
Muzeyin və Fondun əhəmiyyətini, rolunu hakimiyyətin yuxarı dairələri də xüsusi
qeyd edib dəstəkləyir. Müsahibələrinin birində Afaq xanım söyləyir: “Taleyin
hökmü ilə mən, Vaqifin xalası qızı, onun işini Azərbaycanda davam etdirirəm.
Muzeyin nəzdində Mədəni-Xeyriyyə Fondu fəaliyyət göstərir ki, bu Fond öz
mövcudluğuna görə Heydər Əliyevə borcludur. Bugün Ev-Muzey yenidən bərpa
Afaq xanım Vaqif irsinin qorunmasında
və təbliğində böyuk fəallıq göstərir