231
yaşantılardan qurtuluşdur, motiv və iradələrin təsirindən azad olmaqdır, şəxsi seçim
və nailiyyətin (qazancın) yeganə şansıdır?
Hərçənd, digər tərəfdən, heç bir zaman çərçivələrinə və hüdudlarına sığmayan,
dahiliklə nişanlanmış yaradıcı insanların həyatı adi insan varlığından yalnız onunla
seçilir ki, mütəmadi olaraq bu dahilərin dünyasında hansısa bir
fövqəlqüvvə
özünə
yer eləyir. Elə bir
fövqəlqüvvə
ki, insanı səbəb və məqsəd zəncirindən, ehtirasların və
arzuların yükündən, asılılıq və ardıcıllıqlardan azad edib musiqinin müşahidəsində,
dinlənilməsində
eşidilməsində
əridir.
Bu, mütləq Azadlıqdır (yoxsa məmnun, xoşbəxt, razı Sakitlik məqamı)? Bəlkə
Nirvana?
Ancaq o vaxt ki, Vaqif Mustafazadənin içində
fövqəlqüvvənin
mövcudluq zamanı
bitirdi, o, adi insana çevrilirdi, dünyanın gərdişini anlayan, deyib gülən, xoşüzlü,
mehriban bir adama çevrilirdi. Və bu adam yəqin ki Artur Şopenhauerin fəlsəfəsini
yaxşı bilmirdi, amma onun insanı həməncə həyəcanlandıran, riqqətə gətirən,
təsir dairəsinə salan bir fikrini gerçəkləşdirmişdi: “dünyanı gerçəkləşmiş musiqi
adlandırmaq mümkündür...”
151