22
20-
ci illərin cazı
Birinci Dünya Savaşı ərəfəsində
Original Dixieland Jazz Band
(
kornet Nik de la Rokk
dəstənin lideri idi) Avropaya gəldi. Hərçənd avropalılar hələ bundan öncə də afro-
amerikan musiqisini eşitmişdilər. Lakin hər halda Orijinal Dixieland Jazz Bəndin gəlişi
Köhnə Dünyada caz ekspansiyasının əsasını qoyur. Daha doğrusu, Avropada caz eks-
pansiyasının tarixini məhz bu nöqtədən başlamaq lazımdır. Bu axın müharibədən son-
ra bir az da güclənir: kiçik zənci heyətləri Avropanın böyük şəhərlərinin küçələrində,
sözün əsl mənasında, “basırıq” əmələ gətirir. Ancaq bir məsələ də var ki, bu axın
özüylə birlikdə Sidney Beşe, Milton Merzrou, Fets Uoller, Lui Armstronq, Benni Karter,
Dyuk Ellinqton, Koulmən Hokins və başqa bu kimi caz ustadlarını da çəkib Avro-
pa qitəsinə gətirir. Uğur ildırım kimi hər yerdə şaqqıldayır, maliyyə gəliri isə elə bö-
yük olur ki, zənci ifaçıların kontraktlarının qonorar miqdarı ağ ifaçıların qonorarları-
nı dəfələrlə ötüb keçir.
17
Hətta Avropada cazın premyerası üçün xüsusi bir gün də
müəyyənləşdirilir: 17 noyabr 1918-ci il, Fransanın paytaxtı, “Kazino de Pari” kabaresi.
Avropalılar üçün ekzotik gözəlliyə malik cazın melodiya, ritm və səslənmələri apa-
rıcı bəstəkarların diqqətini həmən cəlb etdi. 1918-1919-cu illərdə “11 alət üçün
reqtaym”, “Fortepiano üçün reqtaym” kimi əsərlər bəstələmiş İqor Stravinskidən
savayı caz elementləri Darius Miyo (“Damda öküz”, “Dünyanın yaradılması”, “Mavi
ekspress”), Jorj Orik (“Əlvida, Nyu-York”), Paul Hindemit (“1922”, “Fokstrot”
18
)
kimi
musiqiçilərin də yaradıcılığına sirayət etdi. Akademik ənənəyə cazın təsiri öz zirvə
məqamına 1920-ci illərin ortalarında çatır: bu siyahıya Corc Gerşvinin “Blyuz üslu-
bunda rapsodiya”sı da, Artur Oneggerin orkestrlə “Fortepiano üçün konsertino”su da,
Ernst Kreşenekin “Kölgə üstündən tullanış” və “Conni çalır”ı da, Moris Ravelin “Çocuq
və möcüzə”si də, Kurt Vaylın “Üç quruşluq operası” da daxildir. XX əsrin çex klassik
musiqisinin nümayəndəsi Boquslav Martin öz “Bıçağın göz yaşları” adlı əsərinin janrı-
nı, ümumiyyətlə, “caz-opera” kimi müəyyənləşdirmişdi.
Yeri gəlmişkən, cazınAvropadameydana gəlməsinin bütün bu “dəqiq” tarixləri yetərincə
nisbidir. Nədən ki, gerçəklikdə qitə içində caz çalınmasının konkret nə günü, nə ayı, nə
də ili məlumdur. Yalnız bir şeyi doğru-dürüst söyləmək mümkündür: avropalılar cazla
1910-1920-
ci illər intervalında tanış olublar.
Xatırladaq ki, 1918-ci ildə məşhur Jan Kokto məşhurluğuna görə heç də onun
özündən geri qalmayan avanqardizmin “Xoruz və Arlekin” adlı manifestində
bəstəkarların caz musiqisindən istifadəsi üçün müəyyən estetik platforma işləyib
hazırlamışdı.