Öz musiqi taleyimdən mən razıyam. Hər şeydən əvvəl onu demək istəyirəm ki, mən çox, lap
çox sevirəm musiqini, çox sevirəm çalışmağı. Mən 40-cı ildə doğulmuşam, Bakıda doğulmuşam,
musiqi məktəbində oxumuşam, o musiqi məktəbində ki mənim anam dərs deyirdi. Mənim
anam, - Zivər xanım Əliyeva, - bizim dahi Üzeyir Hacıbəyovun tələbəsi olub: ondan muğamları
öyrənib; mənsə anamdan öyrənmişəmmuğamları. Musiqi texnikumunda isə mənimmüəllimim
professor Georgi Georgiyeviç Şaroyev idi. O, qabaqcadan görmüşdü, qabaqcadan söyləmişdi
mənim bugün üçün musiqidə əldə etdiklərimin hamısını... Əldə etdiyimsə budur ki, özümü
tapmışam, öz simamı tapmışam musiqidə...”
243