25
Şostakoviç də yamanca maraqlanırdı cazla və sonralar cazıın ritm və intonasiyala-
rından dəfələrlə bəhrələndi öz əsərlərində. Hətta SSRİ-də “AMA-caz” adlanan ilk caz
kollektivini 1926-cı ilin sonunda yaratmış, indisə əfsanəyə dönmüş Aleksandr Sfas-
man da Moskva Konservatoriyasını qızıl medalla bitirmişdi.
AMA-caz” faktiki olaraq məhz o kollektivdir ki, ondan sovet cazının tarixi, başqa
sözlə, sovet caz epoxası başlayır. Nəhayət, səkkiz nəfər musiqiçidən ibarət bir an-
sambl elə bir caz çalmağa başladı ki, o cazı 1926-cı ildə Chokolate Kiddies (rəhbər
pianoçu Sam Vudinq) və xüsusilə də Jazz Kings (rəhbər – təbilçi Benni Peynton),
əvəzolunmaz Frənk Uiters (trombon), fantastik Sidney Beşe (klarnet) ilə birlikdə SSRİ-
yə gətirmişdilər.
İyirminci illərin Qərbində yeni və proqressiv nə vardısa, “qaraların musiqisi”ndən sa-
vayı, onlar da hökmən SSRİ-yə ixrac edilirdi: o zamanın musiqi salonlarında Arnold
Şönberq, Bela Bartok, Paul Hindemit, İqor Stravinskinin əsərləri ifa olunurdu, Alban
Berq və Ernst Krşenekin avanqard operaları tamaşaya qoyulurdu. Bundan başqa
bolşeviklərin səltənətində dünyaca məşhur aparıcı Avropa bəstəkarları Alfredo Kazel-
la, Artur Onegger, Darius Miyo, eləcə də Berq və Hindemitin görünməsi, cazın ayaq
tutub yeriməsi sovet musiqisində novator tendensiyaları səciyyələndirirdi. İş o yerə
gəlib çatmışdı ki, bəstəkar Roslavets musiqi mədəniyyəti haqqında cəsarətlə bəyanat
verirdi: “Bu, sinfi “proletar” mədəniyyəti və ya xüsusilə də, sosialist mədəniyyəti deyil.
Bu, rus (və təkcə rus yox) tarixinin səhnəsinə hərəkət coşqusu ilə atılmış müasir sosial
qüvvələrin məişət və ideologiyasını görükdürən bizim günlərimizin,
bizim epoxamı-
zın
mədəniyyətidir”.
20
Qoy, heç caza münasibət bir o qədər də ürəkaçan olmasın, məkrli adamlar kifayət
qədər idi, amma hər halda sovet cəmiyyətində hələlik saxlanılmış müəyyən açıqlıq
yeninin müstəqilcəsinə böyüməsinə şərait yaradırdı: “Aşkarlığıln əsasında azadlıq da-
yanır”.
21
Mümkün ki, bəlkə də elə buna görə, hətta Qorkinin “Gombulların musiqisi
haqqında”
22
Kapri adasından göndərdiyi məqalə əvvəl-əvvəl caz musiqisi üçün bir
elə də faciəvi mahiyyət daşımadı.
İyirminci illərin Bakısı açıq şəhərlərdən hesab olunurdu. Burada hər şeyə və hamı-
ya yer vardı: arxaika ilə müasirlik, ortodoksallıqla modern, laxladılmaz yüzillik ənənə
ilə onun qəti inkarı yanaşı yaşayırdı. İyirminci illərin Bakısı elə bir təmas nöqtəsi idi
ki, burada millətlər bir-birilə qarşılaşır, ünsiyyət qurur, bir-birinə qaynayıb-qarışırdı-
lar. Rəhman Bədəlovun “rusdilli “beynəlmiləlçilərin” şəhəri”
23
ifadəsini inamla Bakının