31
inqilabdan sonrakı dövrünə şamil etmək mümkündür. Doğrudur, rusdilli olmaqla
yanaşı, Bakı həm də müxtəlif dillərin şəhəri idi. İyirminci illərin neft paytaxtı haradasa
sovet Babilistanı” sayılırdı. Və bu “Babilistanda” müxtəlif xalqların, millətlərin, kon-
fessiyaların musiqisi bir-birinə qarışıb, bir-birini zənginləşdirib ətrafa yayılırdı.
Caz Bakıda özü üçün əlverişli bir şəraitdə böyüyüb yetişirdi: çünki, caz çoxsaylı
millətlərin musiqisini özünə yığmış bir simbiozdur. Çünki cazda afrikalıların, avropalı-
ların (hər şeydən öncə fransız, ingilis, ispanların), xristianların və hətta bütpərəstlərin
(
ayin, ritual, bayram ritm və melodiyaları) musiqi ənənələri bir araya gəlir. Odur ki,
cazın beynəlmiləl mühiti Azərbaycan paytaxtının musiqili beynəlmiləlçiliyinə tam
uyğun gəlirdi.
İyirminci illər bizim caz tariximizin ərəfəsi oldu, afro-amerikan musiqisinə marağın
oyanış dövrü oldu. Çoxsaylı restoranlardan, teatr, sirk və kino meydançalarından
eşidilən nadinc “zənci” musiqisi, Mixail Rolnik
25
diksiləndinin çıxışı, Koretti Arle-
Tits
26
adlı məşhur qaradərili müğənninin qastrol səfəri, SSRİ-də ilk caz qramofon
valı sayılan Sfasmanın “AMA-caz”ına mənsub plastinkanın Moskvadan gətirilməsi,
Jazz Kinqs coğasının Moskva, Kiyev və Odessa şəhərlərində verdiyi konsertlərin ina-
nılmaz uğuru haqqında gəzən söz-söhbətlər, Dziqa Vertovun “Altıncı hissə” sənədli
İyirminci illərin Bakısı ilə bağlı daha bir gözəl bənzətmə – “Qafqazın Parisi”.
24
Koretti Arle-Tits adlı məşhur qaradərili
müğənninin qastrolu Bakı musiqi
ictimaiyyətinin diqqətindən yayınmadı