32
filmində Chokolate Kiddies qrupunun ifa etdiyi “zənci” operettası ilə bağlı epizod
Bakı musiqi ictimaiyyətinin diqqətindən yayınmadı.
Azərbaycan Konservatoriyasının professoru Daniil Danilov öz mühazirələrindən
birində xatırlamışdı ki, iyirminci illərin ortalarında onlar öz dostları ilə caz barədə
təkcə söhbət eləmirdilər, həm də tanınmış bir dirijorun məqaləsinin polemik
müzakirəsini
27
aparırdılar.
Beləliklə, öz başlanğıc məqamında caz musiqisilə bağlı bir qədər şərti və səthi
təsəvvür tədricən Bakıda uzunmüddətli və perspektivli hadisəyə çevrilirdi.
28
Hərçənd cəmiyyətdə onun anlaşılmasına və həqiqi təsdiq məqamına hələ çox vardı.
Çünki, qədim yunan müdriki Solon demişkən, “O şey ki, gözəldir, həmişə çətin başa
gəlir”.
Məftunluq, fərəh dolu həmin təəssüratların əks-sədasını Tofiq Quliyev hətta 30-cu
illərdə də xatırlayır.
Bundan əlavə, Şirin Manafovun məlumatına istinadən, caz Azərbaycan
paytaxtından kənarda da yetərincə tanınıb. Xüsusilə də almanların yerləşdirildiyi
Yelenendorf (sonrakı Xanlar, indiki Göygöl) məntəqəsində: hətta məlumat var
ki, iyirminci illərin sonunda burada yerli sakinlərə məxsus caz-bənd də fəaliyyət
göstərib.
24
Professor Danilov, çox güman ki, cazı sevməyənlərin tərəfini saxlayırmış: çünki
ömrünün sonuna qədər o, ciddi klassikaya və musiqi akademizminə sadiq qalmışdı.
Yelenendorf (indiki Göygöl)
məntəqəsində iyirminci illərin sonunda
caz-bənd də fəaliyyət göstərib.