33
30-
cu illərin cazı
30-
cu illərin əvvəllərini sovet musiqisində belə səciyyələndirmək olar: bu dövr Qərbin
oksigen” balonunun tam qapadıldığı bir dövrdür, sənətkarın azad seçimi barədə
gəzən illyuziyaların iflasının, partiya diktəsinin güclənməsinin, dominant mövqelərə
yiyələnməsinin, kommunist doktrinası çərçivəsinə sığışmayan nə varsa, hamısının
təqib edilməsinin başlanğıc dönəmidir. Bunun necə həyata keçirilməsi nümunəsini
biz Rusiya Proletar Musiqiçiləri Assosiasiyasının (rusca – RAPM: bundan sonra bu
təşkilatın üzvləri monoqrafiyanın mətnində “rapmaçılar” adlandırılacaq – tərcüməçi.)
fəaliyyətində görə bilərik: belə ki, bu təşkilat bolşevik və proletar dəyərlərinə cavab
verməyən hər bir şeyə qarşı amansız mübarizə pafosu ilə çıxış eləyirdi.
Rapmaçıların dəyənəyi ən çox Müasir Musiqi Assosiasiyası üzvlərinin başına dəydi:
çünki onlara əsas ideoloji rəqib kimi baxırdılar. Caz da, cazla məşğul olanlar da “ideya
uğrunda musiqi mübarizləri”nin diqqətindən yayınmadı, o da təqiblərə və suçlama-
lara məruz qaldı.
Öz fəaliyyət proqramında ümumiyə və sürü instinktlərinə meyllənən, kütləviliyi və
plakatvariliyi təcavüzkar bir qısqanclıqla həyata keçirən, inqilabi-trafaret marş və
mahnıları ilə xalqı işğal eləyən bolşeviklərin “incəsənəti kütlələrə çatdırın” devizini
hiddətlə, hikkə ilə gerçəkləşdirən Assosiasiya sovet musiqisindən təkcə avanqardçı-
ları (Müasir Musiqi Assosiasiyasını) sıxışdırıb çıxarmırdı, həm də nəzarətçi funksiyasını
yerinə yetirib güdürdü ki, sovet bəstəkarının heç bir əsəri birmandatlı partiya mara-
ğından kənara çıxmasın.
Rapmaçıların nəzarəti o dərəcədə kəskin idi ki, o, haradasa musiqi sahəsi üçün
məxsusi hazırlanmış cəza dəstəsini xatırladırdı: “Proletar musiqiçilər” musiqidə “çekist
nəzarəti”ni gerçəkləşdirirdilər. Bu adamlar konservatoriyalarda, nəşriyyat evlərində və
Hərdən adama elə gəlir ki, əgər sovet musiqisində totalitar Rusiya Proletar
Musiqiçiləri Assosiasiyası olmasaydı, dahi bəstəkar Şostakoviçin həm həyatına,
həm də yaradıcı taleyinə mənfi təsir göstərmiş onun “Katerina İzmaylova” operası
haqqında “Pravda” qəzetində dərc edilmiş (28 yanvar 1938-ci il) “Musiqi əvəzinə
qarma-qarışıqlıq” adlı məqalə də olmazdı.
Təpədən dırnağa qədər ideoloji bürüncəyə sarınmış Rusiya Proletar Musiqiçiləri
Assosiasiyası 1923-dən 1932-yə qədər yaşadı. Onu yalnız Bəstəkarlar İttifaqının
yaradılması münasibətilə bağladılar. (Yeri gəlmişkən, rapmaçıların 1923-1925-
ci illər arasındakı ilk sədri bakılı David Çernomordikov idi. Onun “hakimiyyəti
çağlarında Assosiasiya” öz “düşmənləri”nə qarşı o qədər də aqressiv və amansız
deyildi.)