35
Həqiqətən, Dunayevski və Utyosovun “cazı” rəsmi estrada ilə heç bir ideoloji qütbləşmə
yaratmırdı; əksinə, o özünü geniş dinləyici kütləsinə fərəhli sovet həyatını tərənnüm
edən yüngül, iddiasız musiqi kimi tanıdırdı. Bununla yanaşı 30-cu illərdə Dunayevski-
Utyosov “dam”ının altında gizlənib ciddi caz ifa eləyən, caz texnikasına, onun kom-
pozisiya və improvizə incəliklərinə yiyələnən ansambllar da vardı, məsələn: Aleksandr
Varlamovun kollektivi, Emil Kemperin caz-bəndi, Georgi Landsberqin “Caz kapellası”
və hamıdan çox, Sfasmanın işlədiyi heyətlər. “Moskva uşaqları” diksiləndindən tut-
muş Sfasmanın yığma ansambllarına qədər olan kollektivlərin hər birində ciddi caz
səslənirdi. 1939-cu ildə isə bütün bunlar onunla nəticələndi ki, Sfasman Ümumittifaq
Radio Komitəsinin Caz Orkestrinə rəhbər təyin edildi (xatırladaq ki, bizim Tofiq Quli-
yev də bir müddət Sfasmanla əməkdaşlıq, özü də necə əməkdaşlıq etmişdi!).
30-
cu illər Amerikasından gəlmiş “Suinq qərinəsi” sovet cazına əvvəlkindən fərqli
ritm və orkestr duyğusu gətirdi. Bundan belə dəyişkən ritmlər fonunda ansambl
ahəngdarlığına malik böyük kollektivlər aktuallaşırdı. Bunu hamıdan öncə Sfasman
duydu və gerçəkləşdirməyə cəhd elədi. Onunla birgə çalışmış Quliyev isə Moskvadan
Bakıya caz sənətində mövcud yeni tendensiyaları gətirdi.
Alerksandr Sfasmanın caz orkestri