36
Hərçənd Tofiq Quliyev qayıdana qədər də Bakının caz həyatı “sakit dayanmamışdı”:
qaynayırdı. “Sovet Azərbaycanında musiqi həyatının salnaməsi”ndə və Azərbaycan
Respublikasının Milli Arxivində
30
Bakıda təşkil edilmiş uzunmüddətli qastrollar haqqında
məlumatlar tapmaq olar: 1931-ci ildə Utyosovun ulduz məşhurluğuna bürünmüş kol-
lektivinin və onun xarkovlu əkizi sayılan Ukrayna “Tea-caz”ının (Boris Renskinin rəhbərliyi
altında) Bakıda gerçəkləşən çıxışların, 1935-ci ildə Landsberqin “Caz kapellası”nın
konsertləri, 1938-ci ildə Moskvanın “Caz operettası”nın, 30-cu illərin sonunda isə Henrix
Varsın idarəsilə Lvov Caz Orkestrinin qastrolları Bakı caz mühitinə xüsusi əlvan boyalar
qatmışdı. Sonuncu kollektivin adının qarşısında da Utyosovun orkestrində olduğu kimi
bir “tea” sözü vardı və bu heyət xalis caz repertuarı çalıb həm yaxşı sinharmonizm texni-
kası, həm də orkestri vahid ahəngə gətirmək bacarığı nümayiş etdirirdi. (Təsadüfi deyil
ki, bu kollektivin 1940-cı ilin yayında Moskva şəhərində çıxışı paytaxt cazçıları arasında
böyük ajiotaja səbəb oldu.)
Amma bizim üçün daha mühüm olan başqa məsələdir: arxiv materiallarından belə
məlum olur ki, artıq 30-cu illərdə “Bakkommuna” kinoteatrında və bir sıra Qızıl Ordu
hissələrində caz orkestrləri fəaliyyət göstərirdilər! Hətta Xəzər Dəniz Donanmasının
Mədəniyyət Evində Caz Orkestri konsertinin 10 may 1936-cı il tarixli proqramı var.
31
Ola
bilsin ki, həmin vaxtlarda “caz” sözündən camaatı maraqlandıran məşhur bir
brend
kimi
yararlanırdılar. O zaman hər şeyin üstünə bir “caz” kəlməsi yapışdırmağa adət eləmişdilər.
Leonid Utyosovun “Tea-caz”orkestri