37
Həqiqət, əlbəttə ki, həmişə olduğu kimi, ortadadır. Kiminsə pencəyinə elə-belə söz
gəlişi caz etiketi tikirdilər, kimsə, doğrudan da, can atırdı ki, əməllicə suinq çalıb
improvizə eləsin. Yalnız bir şey bütün şübhələrdən kənardadır: 30-cu illərdə Bakıda
nəinki caz, hətta yaxşı caz ifaçıları da olub. Bunun sübutu 1939-cu ildə Tofiq Quli-
yev tərəfindən yaradılmış Azərbaycan Dövlət Caz Orkestridir ki, onun heyətində də
böyük əksəriyyəti yerli musiqiçilər təşkil edirdi: “Biz maestro Niyazilə caz orkestrinin
təşkilati məsələlərinə başlayanda ona heyrətlənmişdik ki, gör bir Bakıda nə qədər caz
musiqiçisi var, öz işinin əsl ustadları var. Və bu adamlar tək-tük deyillər, bütöv bir qrup-
durlar. Bu bizim üçün həm gözlənilməz bir sürpriz, həm də əla yaradıcı kömək oldu.
Bundan sonra bizim respublikada yeni olan başladığımız işin peşəkar uğuru olacağına
şübhə yeri qalmırdı”.
32
Quliyevin gəlişilə Bakı şəhərində caz sənətinin inkişafı təkcə əlavə stimul qazanmadı,
həm də bir müddət dövlətin himayəsində oldu. Tofiq Quliyev xatırlayır ki, milli Dövlət
Cazının aqibəti İncəsənət İşləri üzrə İdarədə (indiki Mədəniyyət Nazirliyinin modeli)
müzakirəyə çıxarılırdı və bir şey olan kimi məsələyə “ya operativ surətdə müdaxilə
edirdilər, ya da operativ surətdə kömək göstərirdilər”.
33
Qəribədir, amma bizim ilk
caz orkestri rəhbərinin yadına gəlmir ki, kollektivin repertuar siyasətini aparat işçiləri
bir elə də xüsusi “sıxma-boğmaya” salsınlar. Eyni zamanda həm Uilyam Həndinin,
həm Xuan Tizolun, həm Dyuk Ellinqtonun, həm Corc Gerşvinin, həm Cerom Ker-
nin temalarını ifa etmək, həm də özünəməxsus milli koloritlə səciyyələnən axtarışları
gerçəkləşdirmək olardı.
İndi, üstündən onilliklər ötüşüncə, güman etməyə haqqım var ki, əgər İkinci Dün-
ya Savaşı bəşər tarixinin ağır faciəsi olmasaydı, olsun ki, biz heç nəyə bənzəməyən,
yalnız bizə məxsus caz dəst-xəttini, caz dilini hələ qırxıncı illərdə yaradardıq. Onu da
ehtimal eləyə bilərəm ki, əgər müharibə olmasaydı, bəlkə də Tofiq Quliyev, – nadir
improvizə istedadına malik bir insan! – caz sənətindən uzaqlaşmazdı və öz orkestrilə
birgə cazda orijinal və milli cəhətləri axtarmaqda davam edərdi.
Yeri düşmüşkən, heç bir şişitrməsiz-filansız demək gərəkdir ki, Azərbaycan caz
ənənəsində Tofiq Quliyevin və onun caz orkestrinin rolu əvəzsizdir. Quliyevlə birgə
biz
anladıq ki
,
caz bizim də
milli
sərvətimiz ola bilər, improvizə isə milli mənaları və
kontekstləri eyhamlaşdırmağa qabil olar.
Xalq çalğı alətləri ansamblını milli “caz-bənd” adlandıra bilər, çeçotka, estrada
mahnılarından, operetta ariyalarından, sirk nömrələrindən və rəqslərdən ibarət
yığma həftəbecərisə rahatca“caz-revyu” kimi qələmə verərdilər.
Maestro Niyazi