38
Müharibə illərinin cazı
Müharibə illərinin cazı estrada və artist briqadalarının müharibə illərindəki marşru-
tundan (yəni gəlişmə ritmindən, inkişaf xüsusiyyətlərindən – qeyd tərcüməçinindir)
az fərqlənirdi. Zamanın sərtliyi sərt qanunlar diktə eləyirdi və burada hər şey vahid
bir məqsədə tabe idi: düşmənə qələbə çalmaq! Və bu məqamda musiqinin təyinatı
poeziyanın, nəsrin, jurnalistikanın, təsvir sənətinin, kino və teatrın təyinatı ilə tamamən
üst-üstə düşürdü. Çətin müharibə şəraitində ruhun dincəlməsinə ideal yardımçı olan
musiqi eyni zamanda güclü ideoloji funksiya da yerinə yetirirdi, patriotik pafosla mey-
dana atılırdı, qələbəyə inamı gücləndirirdi.
Müharibə, praktiki şəkildə, musiqiyə heç bir seçim saxlamır: o, ya təsəlli verməlidir, ya
əyləndirib fərəhləndirməlidir, ya da hünərə, qəhrəmanlığa səsləməlidir. Burada artıq
heç kimə axtarışlarda bulunmaq və novatorluq etmək şansı verılmır, artıq heç kimin
qulağın alışdığı mövzu və melodiyalardan kənara çıxmaq imkanı yoxdur. Hər şey son
dərəcə aydın, anlaşıqlı, tanış və yadda qalan bir tərzdə səngərlərdə savaşan sadə
insanlara təqdim edilməlidir. Müharibənin musiqisi bəstəkar, ifaçı və onları dinləyən
döyüşçü arasındakı məsafənin yalnız sıfır həddində mövcuddur: müəllifin əsərindən
yüksələn sədalar məhz döyüşən əsgərin gözlədiyi sədalar olmalıdır. Müharibənin
musiqisi, əgər o, ətrafda baş verənləri əks elətdirmirsə,
qanun əsasında yalançı və
lazımsız
elan edilə bilər.
Caz da II Dünya Savaşı illərində cəbhə-cəbhə, ordu-ordu, hospital-hospital gəzib onun
boynuna düşən vətənpərvərlik missiyasını gerçəkləşdirirdi. Varlamovun, Sfasmanın,
Utyosovun, Renskinin, Stelmaxın, Boris Krupışevin, Viktor Knuşevitskinin orkestrlərilə
birgə Klavdiya Şuljenkonun və Vladimir Korallinin kollektivləri də mobil caz “desant”ları
kimi müharibə çağlarında fəaliyyət göstərirdilər. Cazın hərbi-vətənpərvərlik missiyası
dəniz donanması üçün də olduqca aktual idi. Burada əsasən Nikolay Minx (Baltikada)
və Yakov Skomorovski (Hərbi-Dəniz Donanmasının Mahnı və Rəqs Ansamblında) öz
caz-bandları” ilə konsertlər verirdilər; və tez-tez elə olurdu ki, ön cəbhələrdə onları da
gəminin komanda heyətilə bərabər top atəşinə tuturdular.
Düzdür, məşhur fransız bəstəkarı Artur Onegger hətta müharibə illərində fransız
musiqisinin təyinatına bir qədər ayrı cür yanaşırdı: “Fransız musiqisinin təyinatı
müharibədən öncə, işğal illərində və Azadlıqdan sonra həmişə eyni olaraq qalır:
azad və həyati incəsənət növü olmaq“.
34
Şimal və Qara dəniz Donanmalarında caz kollektivləri fəaliyyət göstərirdi: Sakit Okean
Donanmasının da caz orkestri vardı.