39
Musiqiçilər faciəli itkilərlə də qarşılaşırdılar: belə ki, Xalq Müdafiə Komissarlığının
Nümunəvi Caz Orkestrinin musiqiçiləri faşist mühasirəsinə düşmüşdülər və onların
çoxu əllərində silah döyüşə-döyüşə həlak olmuşdular (o cümlədən kollektivin rəhbəri
Q. Lavrentyev də).
Olurdu ki, hətta müharibə illərinin də öz caz sevincləri yaşanırdı. Məhz bu çağlarda,
sonralar sovet cazının aparıcı mütəxəssisləri kimi ad qazanacaq İosif Vaynşteyn və
Vadim Lüdvikovskinin istedadları aşkarlandı; məhz müharibə illərində bütün sovet
cazına, caz mədəniyyətinin qavranılmasına təsir göstərmiş Eddi Roznerin caz uldu-
zu parladı, adı aləmə yayıldı. Doğrudur, Roznerin adını yenisi kimi qələmə vermək
bir qədər düz çıxmır: çünki onu, hələ Sovetlər Birliyinə 1939-cu ildə məcburi
mühacirlikdən öncə də Qərbdə yaxşı tanıyırdılar. Ona görə də Eddi Roznerin fa-
şist soyqırımından qurtulub Belorusiyaya qaçması musiqi aləmində çox böyük bir
hadisə olmuşdu.
Cəbhə yollarını ələk-fələk eləmiş Roznerin caz orkestri sovet cazına suinqin
Qərb
duyumunu gətirdi, yeni adların üzə çıxmasında mühüm rol oynadı. Eddinin yanında
caz çalmaq sovet caz musiqiçisi üçün yüksək peşəkarlıq səviyyəsi demək idi. Bu hal
bizdən ötrü bir də onunla qiymətlidir ki, Piro Rüstəmbəyovu Eddi Rozner şəxsən
nəinki öz orkestrinə dəvət eləmişdi, həm də onu uzun müddət dilə tutmuşdu ki,
kollektivi tərk eləməsin.
(
Bəstəkar Yuri Saulskinin də bizim saksofonçu barədə dediyi sözlərdən böyük həzz
alıram: “Piro Rüstəmbəyovu kim dinləyirdisə, bir heyrət yaşayırdı. O, yüksək dərəcəli
musiqiçi idi, öz təbiəti etibarı ilə xalis improviz ustası idi. Mürəkkəb musiqi parçaları-
nı qura-qura Piro intuitiv şəkildə gəlib harmoniyanı tapırdı... Onun ifasında o qədər
yenilik, təzəlik vardı ki! Öz qeyri-adi improviz duyğusu ilə Piro hamını mat qoyurdu.
Onun solo ifalarının həmişə dəqiq inkişaf düzümü vardı, hər ifada forma vardı və
musiqidə fikir yaşayırdı”.)
35
Müharibə dövrünün Bakı cazı haqqında əsas məlumatı Milli Arxivdə
36
tapmaqmüm-
kündür. Hərçənd ki, bu caz ümumi hərbi-caz həyatından heç nə ilə fərqlənmirdi.
Quliyev orkestri bu zaman Qızıl Ordu ansamblı adlanılmış 402-ci atıcı diviziyasına
təyinatlandırılmışdı. Hərbi-Dəniz Donanmasının Mədəniyyət Evində gələcəyin caz
1947-1954-
cü illər arasında Stalin rejiminin Eddi Rozneri Kolımaya sürgün
etməsilə, sovet cazının nələri itirdiyi məlum deyil.
Rüstəmbəyovu Roznerin kollektivində “Piro” ləqəbilə tanıyırdılar.
Eddi Rozner