42
Çox böyük ehtimalla bunu onunla izah etmək olar ki, sovet musiqiçiləri caza hələ də
əyləncəli musiqi janrı kimi baxırdılar, hələ də sovet adamları bu diringələr altında rəqs
eləməyi xoşlayırdılar və hələ də ona dərin, ciddi musiqi kimi yanaşmırdılar. Bu mənada
ləngər vuran” suinqin yüngüllüyü və iddiasızlığı sovet adamlarının ovqatına daha
çox uyğun gəlirdi. O da mümkündür ki, “Günəşli vadinin serenadası” filmində çalınan
musiqinin xalq içində məşhurluğu, instrumental virtuozluğu caz düşüncəsində suinq
başlanğıcının əvəzedilməzliyi və əbədiliyi fikrini möhkəmlətdi; elə bir şərait yaratdı ki,
guya bundan sonra gərginləşməyə və xüsusi çalışmağa dəyməz.
Günəşli vadinin serenadası”
Qlen Miller orkestrinin bayrağı altında
məhz bu
şüar müharibədən sonrakı ilk illərdə Azərbaycan cazının vəziyyətini səciyyələndirir.
Həmin vaxt caz, əsasən, kinoteatrlarda, yaxşı restoranlarda, klublarda və rəqs mey-
dançalarında çalınırdı. Kinoteatrlarda işləyən orkestrlər xüsusi imtiyazlı orkestrlər sa-
yılırdı: onlarda Bakı cazının “qaymaq”ları çalışırdı. Bu ara hesab edilirdi ki, “Vətən”
və “Bədaye” (indiki “Nizami”) kinoteatrlarının kollektivləri daha keyfiyyətli caz çalır-
lar. Bunlardan birinin rəhbəri, sonradan Azərbaycanın görkəmli bəstəkarı kimi tanı-
nacaq Rauf Hacıyev idi, o birinin rəhbəri isə Roznerin orkestrini tərk etmiş Pərviz
Rüstəmbəyov.
Elə görünə bilərdi ki, bu orkestrlərin rəhbərləri arasında elan edilməmiş bir
rəqabət, ixtilaf hökmən olmalıdır. Lakin onilliklər ötüşüncə, haradasa 1980-ci
Bədaye” kinoteatrının orkestri