43
illərin ortalarında mən milli cazın tarixi barəsində Rauf Soltanoviçlə danışarkən,
bunları eşitdim: “Mənim üçün Pirikin orkestri həmişə etalon olub. Bəlkə də ona
görə ki, Rüstəmbəyovun ustalığı mövcud “suinq normativlərinə” sığışmırdı. Bu
o qədər qeyri-adi və gözlənilməz bir tərzdə səslənirdi ki, bizlərdən çoxu caz
musiqisində belə şeyin mümkünlüyünə inana bilmirdi. Onun hər improvizi fövqəl
bir enerji nümayiş etdirir və yeni improvizə üfüqlərinə yol açırdı. Pərvizin novator
ifaçılığının əsl mahiyyətini mən Çarli Parkerin və Dizzi Gillespinin lent yazılarını
dinləyəndə anladım. Görünür, Pirik, ümumiyyətlə İttifaq miqyasında
birinci
musi-
qiçi idi ki, intuitiv şəkildə amerikan
bopuna
yaxın bir manerada caz ifa eləyirdi”.
40
Fikirləşirəm ki, daha bundan artıq xırdalanmağın yeri yoxdur: çünki bütün ölkə üzrə
Bakı yeganə şəhər idi ki, burada caz musiqisində tamam yeni üslubu müjdələyən
bir musiqiçi yaşayırdı. Hərçənd mənim gümanımda, əlbəttə ki, Bakının gerçək caz
həyatından daha çox yüngül bir ironiya və arzu olunanı həqiqət kimi təqdim etmək
cəhdi var. Təbii ki, günah məndə deyil. Səbəb budur ki, o vaxt Bakı da eynən bütün
İttifaq kimi “Serenada”nın ritm və melodiyalarına aşiq olmuşdu, əvvəlki kimi suinq
oynayırdı və okeanın o tayındakı yeni
bi-bop
tendensiyasından uzaq idi.
Sovet cazı müharibə illərində və müharibədən sonra” adlı kiçik bir qeyddən gö-
türdüyümüz aşağdakı sözlər eynilə Azərbaycan paytaxtının caz dünyasına da şamil
edilə bilər: “Müharibədən sonra caz musiqi həyatında öz vərdiş edilmiş yerini tutur. İlk
baxışdan elə təəssürat yaranır ki, hər şey öz qaydasındadır... Amma bu təəssürat al-
dadıcıdır. Caz sanki əyləci basıb inersiya üzrə yaşamağa başlayır. O, artıq dinləyicilərə
yeni ideyalar təqdim edə bilmir. O illərin caz musiqisinini üstü ştampların, dəfələrlə
sınaqdan çıxmış stereotiplərin yükü ilə örtülüdür”.
41
Vaqif dönəmindən öncə
İldırım göydə sanki qəfildən, heç kimin gözləmədiyi halda şaqqıldadı: səhər oxucu
Pravda” qəzetinin baş səhifəsini açıb orada mədəniyyət tarixi üçün son dərəcə “mü-
hüm” bir sənəd gördü. Gördü ki, burada
V.Muradelinin “Böyük dostluq” operası
haqqında” Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin
10
fevral 1948-ci il tarixli Qərarını
yerləşdiriblər. “Yol göstərən və istiqamətləndirən”
Qərarın əsas iştirakçısı, təbii ki, partiyanın baş ideoloqu yoldaş A.A.Jdanov idi. Və
deyəsən Jdanov Qərarın əsasına partaygenosse P.Y.Gebbelsin vəsiyyətini qoymuşdu:
Nifrət üçün obyektlər seçin”.