46
yüngül estrada mahnıları instrumental pyeslərin ayrılmaz hissəsinə çevrilirdi. İndən
belə bütün konsertlər mahnı-estrada konsertləri kimi qeydiyyatdan keçirdi və hər bir
respublika filarmoniyasının öz mahnı-estrada sahəsi fəaliyyət göstərirdi. Bu “sahələr”
arasındakı əlaqələr kifayət qədər intensiv idi: ona görə respublika estradalarında nə
baş verdiyindən sovet dinləyicisi yetərincə xəbərdar idi.
Bakı da ölkəni bürümüş “qərar-qətnamə küləkləri”indən kənarda qalmadı və 1955-ci
ildə Rauf Hacıyevin səyləri nəticəsində Azərbaycan Dövlət Estrada Orkestri yarandı:
o orkestr ki, tezliklə ölkədə yaxşıların yaxşısı, tanınanlar cərgəsində özünə yer aldı.
Orkestrin proqramında da bir mükəmməllik vardı: məcburi nəğməli-folklor dəstindən
savayı Azərbaycan müəlliflərinin orijinal bəstələri də orkestr tərəfindən fəal surətdə
ifa olunurdu. Öz orkestrinin çıxışları barəsində danışan Rauf Soltanoviç qeyd edir-
di: “Haraya qastrol səfərinə gedirdiksə, orada bizi alqışlar və ağzınacan dolu zallar
gözləyirdi. Bir çox nömrələri “bis” qışqırıb təkrar-təkrar istəyirdilər. Amma mənim üçün
ən gözlənilməzi o idi ki, Qara Qarayevin, Niyazinin, Tofiq Quliyevin pyesləri camaatda
çox güclü təəssürat oyadırdı. Mənim musiqimə qarşı da biganə adam tapmaq çətin
idi. Fikirləşirəm ki, bizim heyətin də milli müəlliflərin şöhrətlənməsində öz payı var”.
43
Sonralar estrada-orkestr təşəbbüsü klarnetçi, saksofonçu və dirijor Tofiq Əhmədov
tərəfindən davam etdirildi: amma bilinmədi ki, bu yenidən təşkilatlanmış həmin
kolllektivdir, yoxsa təzədən yığılmış Radio və Televiziya Estrada Orkestridir. Biz bu
kontekstdə məhz “davam etdirildi” ifadəsi üzərində dayanırıq; çünki Əhmədovun kol-
lektivi də Azərbaycan bəstəkarlarının müəllif musiqisinə öz repertuarında üstünlük
verirdi.
Hər halda Qərarın caz musiqisindən ötrü effekti bir elə də dramatik olmadı. Olsun
ki, bunun “günah”ı iyirminci illərdə olduğu kimi müharibədən sonraya miras qalmış
dağıntılar idi: rəhbərlik, ilk növbədə, ölkənin sosial və iqtisadi gücünü artırmaq
barədə düşünürdü. Bundan əlavə faşizmdən təmizlənmiş ərazilərdə sosialist ide-
ologiyasını və sistemini möhkəmlətmək zərurəti də çoxlu güc və maddi resurslar
tələb edirdi. Elə məqam gəlib çatdı ki, partiyanın nəzarət mütləqliyinə baxmaya-
raq, incəsənətin problemləri ikinci plana adladı. Qərarda adları pisliyə çəkilmiş,
şəxsiyyətləri damğalanmış müəlliflərə aradan az müddət keçincə dövlət mükafat-
larının verilməsi, onların əsərləri barədə mətbuat səhifələrində müsbət məqalələrin
Qara Qarayevin səs və caz orkestri üçün “Üç noktürn” və “İmprovizə” əsərləri orkestrin
ifasında milli caz klassikasına çevrildi.