47
və partiya liderlərinin pozitiv rəylərinin dərc edilməsi kimi qəribə fakt da, görünür,
həmin elə bu məsələ ilə əlaqədardır. “Xalqlar atası”nın ölümü də tarixən yerinə
düşdü, totalitar rejimin zəifləməsinin başlanğıcı oldu.
50-
ci illərin ortalarına doğru Qərarın tüstüsü seyrəldi və yavaş-yavaş “saksofonların
qozunu düzəltmək” fikrindən vaz keçdilər, düzü, bu işi tərgitdilər. Bu vəziyyətdə Qərb
radiosu ağıllı tərpəndi və başladı BBS-i və “Amerikanın səsi”lə hər tərəfə keyfiyyətli caz
yayımlamağa, insanları caz sənətinin son yeniliklərilə tanış etməyə.
Tofiq Əhmədov
BBS-idən əksərən bu verilişləri verirdilər: Rhythm is our Business, Like Musik of
Forces Favorits, Listeners Choise; (“Ritmbizimbiznesdir”, “Şanlı döyüşçülərin sevdiyi
musiqi”, “Dinləyicilərin seçimi”) “Amerikanın səsi” isə “Music USA” adlı xalis caz
bloku verirdi efirə. (Düzdür, “Amerikanın səsi” erkən başlamışdı öz proqramlarını
yayımlamağa, hələ 1947-ci ildə. Di gəl ki, bu proqramlar 1955-ci ildə radioefirdən
yalnız Uillis Konoverin səsi eşidildikdən sonra öz həqiqi məqsədinə çatdı: sovet caz
ifaçıları onu Cazın səsi kimi qavramışdılar.)