48
Verilişlər müasir cazın dərk edilməsində əvəzsiz rol oynadılar. Azından ona görə
qiymətsiz ki, o zaman sovet cazında elə bir musiqiçi qalmadı bu radioverilişlərin ya-
nından biganə ötüşə, onların təsirindən kənar ola. Xüsusilə, “Amerikanın səsi” radiosu
ilə yayımlanan Uillis Konoverin proqramları: gündə iki saat caz haqqında aramsız
danışıqlar və caz konsertləri.
Caz son bəraətini 1957-ci ildə Moskvada keçirilən VI Ümumdünya Tələbə və Gənclər
Festivalında alır. Sovet caz dinləyicisi burada imkan qazanır ki, Amerikanın, Avropa və
Avstraliyanın caz ifaçılarını canlı-canlı görüb onlara qulaq assın; sovet caz ifaçıları isə
imkan qazanırlar ki, özlərini birgə “cəm”lərdə sınasınlar. Festival yeni-yeni adlar və is-
tedadları üzə çıxardı. Sovet cazının gələcək ustadları olacaq istedadlar burada özlərini
yaxşıca tanıtdılar. Aleksey Zubkov, Konstantin Baxoldin, Nikolay Kapustin, Aleksandr
Qoretkin, İqor Berukştis, Boris Rıçkov belələrindən idi. Festival zamanı caz cəmiyyəti
yeni Azərbaycan istedadları ilə də tanış oldu: eyni vaxtda Rafiq Babayev və Həsən
Rzayevin rəhbərlik elədikləri iki Bakı ansamblı uğurla festival sınağının öhdəsindən
gəldi və liderlər qrupunda özünə yer aldı.
VI Beynəlxalq Tələbə və Gənclər Festivalında caz elə bir rezonansa səbəb oldu ki,
ondan sonra, məşhur “Arsenal”ın yaradıcısı Aleksey Kozlovun dediyi kimi, “caz bir-
başa ÜİLKGİ-nin (Kommunist Partiyasının formalaşdırdığı komsomol təşkilatının adı
tərcüməçi) himayəsinə düşdü. Üstündən heç iki il də keçmədi ki, ÜİLKGİ-nin rayon
komitələrinin nəzdində caz klubları, caz kafeləri meydana gəldi və nəhayət, illik caz
festivalları keçirilməyə başladı...”
44
Festivalın mühüm nəticələrindən biri də bu oldu ki, caza yenidən solist-improviza-
torun qayıtdığını hamı dərk etdi; dərk etdi ki, böyük orkestrlərin əvəzinə kiçik instru-
mental formalar səhnədə təzədən hakim mövqe tutub.
60-
cı illər, caz zamanı, Vaqif epoxasının başlanğıcı
Sovet caz tarixinin 60-cı illəri kiminsə tərəfindən tamamilə düzgün olaraq “fırtına və həmlə”
mərhələsi adlandırılıb. Həqiqətən, burada həm müasir caz tendensiyalarının, – bop və
kuldan avanqard və fri-caza qədər, – həm cəsarətlə eksperimentlər aparan, ənənəviliyi
və ortodoksallığı vurub dağıdan, cazda öz milliliyini axtaran (zəngin və rəngarəng folklor
irsinin mənimsənilməsi nəticəsində) yeni nəsillərin meydana gəlməsinin, həm də təcrid
edilmiş halda yaşamaqdan qurtulmaq, özünü dünya caz prosesinin özəl bir hissəsi kimi
tanıtmaq arzusunun təsiri oldu. Musiqi azadlığı duyumu “Xruşşov mülayimləşməsi”nin