51
nəticəsi idi və bəzi yasaq və qadağaların aradan götürülməsi ilə səciyyələnirdi. Caz ax-
tarışlarının və eksperimentlərinin azadlığı, bizim fikrimizcə, daha çox kiçik instrumen-
tal heyətlərin yaranması, onların uyuşqanlığı, daxili plastikliyi, zamana, dəyişikliklərə
həssaslığı, improvizə imkanlarının genişliyilə izah olunmalıdır. Eyni zamanda elə
musiqiçilər meydana çıxır ki, onlar görkəmli caz ustadlarının ifalarını öyrənməklə ya-
naşı XX yüzilin aparıcı bəstəkarlarının səda rəngarəngliyi, ritmika, harmoniya və həng
kəşflərilə zəngin yaradıcılıqlarını da mənimsəyirlər. Bununla da caz musiqisi məkanı
durmadan böyüyürdü, bu məkan daxilində ifadə imkanlarının axtarışı isə getdikcə
daha dərinləşirdi.
Altmışıncı illər cazında elə şeylər yaranırdı ki, onlar neçə illərdən sonra, doxsanıncı,
ikimininci illərdə özünü tam büruzə verəcəkdi, məhz o illərdə caz öz qeyri-adiliyi və
müxtəlifliyi ilə
kamera-instrumental improvizə
musiqisinə çevriləcəkdi, “caz” anlayışı
ənənələri hüdudlardan kənara çıxacaqdı. Bütün hallarda altmışıncı illər caz tarixində
elə bir dönüş yaratdı ki, ondan sonra hətta köhnə, əvvəlki cazı da yeni, qeyri-standart
tərzdə ifa etmək gərək olacaqdı.
Əgər sovet cazında altmışıncı illər “fırtına və hücum” dövrü kimi təsnif edilirsə, Bakı-
da həmin dövr cazın “qızıl əsri” kimi qiymətləndirilməlidir. “Qızıl əsr” o deməkdir ki,
Bakıda çoxsaylı kiçik ansambllar yaranır, komsomol, şəhər sovetləri, rayon komitələri,
vəzifəli şəxslər caza diqqət yetirir, adi vətəndaşın da caza marağı günbəgün artır,
çox parlaq istedada malik caz ustadları yetişir (hətta bu çoxluğu nəzərə alıb, bir
qədər mübaliğəli görünsə də “SSRİ-dən ötrü Bakı caz istedadları istehsal eləyən
dəmirçixanadır” deyənləri də var idi) və bu istedadlar təmənnasız “xalq içinə”-
klublara, institut gecələrinə, zavod və fabrik bayramlarına gedirdilər, aparıcı caz ifa-
çılarına peşəkar musiqi təşkilatları tərəfindən, KİV nümayəndələri tərəfindən böyük
rəğbət bəslənirdi...
Bu tarixi dönəmin ən başlıca və mühüm cəhəti ondan ibarət oldu ki, bu illərin caz
mədəniyyəti iki bənzərsiz musiqiçini Azərbaycan cazının liderinə çevirdi. Bundan
sonra milli Azərbaycan cazının dünəni, bugünü və sabahı bu adamların adı ilə bağ-
lanacaqdı – Vaqif Mustafazadənin və Rafiq Babayevin adı ilə...
Odur ki, ikinci fəslə, – bütünlükdə Vaqifə həsr olunmuş bölümə keçməmişdən öncə,
Azərbaycan caz tarixinin ən parlaq paralellərindən birinə - Mustafazadə – Babayev
paralelinə
45
bir neçə səhifə ayırmaq istərdik.