52
Vaqif və Rafiq
Hər hansı bir bakılıdan xahiş etsəniz ki, assosiativ cərgənin ardını gətirsin: caz, mu-
ğam... Əmin edirəm ki, üçüncü söz mütləq “Vaqif” olacaq.
Eyni xahişlə muğam və caz mütəxəssislərinə və ya muğam və caz bilicilərinə
müraciət edin. İnandırım sizi ki, yenə həmin nəticə alınacaq.
Məsələ heç də onda deyil ki, muğamla cazın sintezini Vaqif daha inandırıcı və parlaq
şəkildə təqdim edə bilmişdir. Hətta onda da deyil ki, muğamla cazın birləşməsi Rafiqə
nisbətən Vaqifdə daha ekspressiv, daha qabarıq, daha çılpaq, daha koloritli idi.
Məsələ Vaqifin tamamilə izaholunmaz
caz
təbiətində, caz mahiyyətindədir. Bir var
muğam, yəni onun ana südü kimi içdiyi bir şey, onun əhatə olunduğu dünya. Bir də
var caz, yəni onun ailəsində olmayan bir şey, ailəsinin eşitmədiyi, bilmədiyi bir şey.
Deməli, caz Vaqif üçün özgəsi idi, yad idi, uzaq və naməlum bir şey idi. (Gələcəyin
sovet caz “klassikləri” ol zamanda cazdan xəbərsiz olublar). Amma... əgər bü-
tün bu məqamları bilməsən, əgər bilməsən ki, Vaqif caz mühitində böyüməyib,
onda Mustafazadənin çalğısına qulaq asa-asa heç bir şübhə yeri qalmayacaq ki,
onun cazı genetik cazdır, şüuraltının dərin gizlinlərindən fışqırıb axan cazdır. Əgər
bilməsən ki, Vaqif cazın vətənindən on min kilometrlərlə uzaqda doğulub, o zaman
caz onun içində əzəldən yaşayırdı” gümanı heç kimdə təəccüb oyatmaz. O cür
ki cazı Mustafazadə duyub hiss eləyirdi, bunu yalnız həmin ənənənin yerli daşı-
yıcısı bacarardı. Elə təəssürat yarana bilərdi ki, guya Vaqifə cazda nəyisə məxsusi
öyrənmək, spesifik məqamları mənimsəmək lazım deyildi.
Necə ki Lui Armstronqa və ya Çarli Parkerə gərəyi yoxdu ki, onlar gedib cazla bağ-
lı məxsusi nəyisə öyrənsinlər. Onlar cazda yaşayırdılar, caz isə – onların ruhlarında.
Ol səbəbdən bu adamların truba və saksofonda göstərdikləri novatorluq təbii bir
şey kimi qavranılırdı. Armstronq və Parker caz çalmırdılar, onlar caz-adamlar idilər.
Peşəylə olum, cazla həyat eyniləşmişdi bu insanlar üçün. Onların həyat qalereyasında
yalnız caz sərgilənirdi və cazdan savayı heç nə. Eləcə də Vaqif: onu
nə üçün
ha-
radan
sualı maraqlandırmırdı,
səbəblər
nəticələr
cəlb eləmirdi; o yalnız
mahiyyəti
vəhyləri
düşünürdü. Hayıf, həmin o arxiv yazısını saxlamamışam, amma mənanın
Hərçənd aydındır ki, istər muğamı, istər cazı dərk etmək üçün saatlarla
gündəlik iş tələb olunurdu.