55
dürüstlüyünə başımla cavabdehəm: Rauf Hacıyev bir dəfə Mustafazadənin ifasına
qulaq asıb dedi ki, Vaqif caz çalanda amerikalılardan öyrənib bildiyi cazı çalmır, o,
sanki çoxdan unutduğunu öz içində
xatırlayıb
çalır.
Mustafazadə üçün cazla muğam arasında heç bir ziddiyyət yoxdu: onun şəxsiyyəti
ikiləşmirdi cazla muğam önündə. Vaqif üçün heç bir dilemma mövcud deyildi ki,
musiqi dünyasında o hansıının ardıyca düşüb gedəcək – muğamın, yoxsa cazın.
Caz və muğam arxitektonika şedevri idi və onun gözəlliyi forma möhtəşəmliyini,
forma vəhdətini, forma mükəmməlliyini eyhamlaşdırırdı: bu formadan əgər bir qı-
rıq qopsaydı, bütün harmoniyanın məhvinə gətirib çıxaracaqdı. Caz və muğamın
burulub-burulub bir hörükdə bir-birinə calanması Vaqifdə şübhə və ikimənalılıq
oyatmırdı. Caz-muğam üslubu hələ həyata vəsiqə qazanmamışdan, daha doğrusu,
yaşamaq hüququ qazanmamışdan, caz mədəniyyətinin özünəməxsus hadisəsinə
çevrilməmişdən çox-çox əvvəl də Vaqifə məlum idi ki, bu, elə belə də olmalıdır.
Əgər Vaqifdən öz məqsədinin ardıcıl, məntiqi təcəssümü haqqında danışmaq tələb
olunsaydı, danışa bilməyəcəkdi yəqin: çünki bütün bunlar onun içini birdən-birə,
intuitiv şəkildə bürüyürdü; fırtına kimi qamarlayırdı Vaqifi və bu adama caz-muğam
çaldırırdı. Keçmişin dahilərinə Mustafazadəni (hər bir dahi musiqiçidə olduğu kimi)
çoxsaylı öyrənmələr və təsirlənmələr bağlasa da, Vaqif ən çox özünə borclu idi:
nədən ki, Mustafazadə musiqisi onun özündən və öz təbiətindən doğub böyüyür-
dü, qanad çalıb ruh dünyasında pərvazlanırdı.
Bax, burada gizlənib Mustafazadənin sirri: ona bənzəmək, onu yamsılamaq əbəsdir,
perspektivsizdir, mənasızdır. Onunla fəxr eləmək, öyünmək olar: ona heyran olmaq
olar. Di gəl ki, ona mənsub caz-muğam duyumunu vermək olmaz. Bunun üçün
cazı da, muğamı da gərəkdir ki, insan nəsə genetik, nəsə əbədi-əzəli müstəvidə
qərarlaşmış bir şey kimi duyub dərk eləsin.
Tamam ayrı bir mühitdə böyümüşdü Rafiq: muğamın az olduğu bir dünyada ya-
şamışdı. Dəyərmi ki, bu ifadədən sonra cazı xatırladasan? Rafiq bütün həyatı boyu
muğam və cazın əlkimyaçısı idi. Bəlli məsələdir ki, əlkimyaçılar mümkün bütün
qarışıq və birgəliklərin, vəhdət ideyasının tərəfdarlarıdır. Amma bununla belə on-
lar bu birgəliyin yaranmasında iştirak etmiş nəsnələri öz fərdi əlamətlərinə görə
fərqləndirməyi üstün sayırlar. Odur ki, caz və muğamın dərki Babayevdə ardıcıldır,
səbəb-nəticə (hətta nəticə-səbəb) zəncirindədir. Bu mənada heç bir muğam və ya