56
caz mütləqliyi qeyd-şərtsizlik kimi, məcburiyyət kimi qavranılmır. Hər yerdə nəyisə
qazıyıb, nəyisə qurdalayıb hansısa bir özülə, bir mənbəyə çatmaq gərəkdir. Çatıb,
həmin yolun əziyyətinə bir də qatlaşmaq lazımdır: qatlaşmaq lazımdır ki, onun in-
kişafı ilə bağlı heç nəyi nəzərdən qaçırmayasan: nə bir intonasiyanı, nə bir strukturu,
nə bir harmoniyanı, nə də bir prinsipi. Və yalnız bu yolla, çoxsaylı və müxtəlif olanı
uzunmüddətli, əsaslı şəkildə incələmək yolu ilə, nəhayət ki, gəlib çıxmaq mümkün-
dür birgənin və bütövcənin gözəlliyinə.
Rafiqə gərəkdi ki, o, muğam və cazın fəlsəfəsilə yanaşı, onların formal-konstruk-
tiv mahiyyətini də başa düşsün (Vaqifdə bu bilgi sanki doğulduğu gündən var-
dı). Ancaq bu minvalla Rafiq onların sintetik perspektivlərini və bu perspektivlərin
əsl masştablarını qiymətləndirə bilərdi. Bu o demək idi ki, dil iddiaları ağlabatan
bir tərzdə məhdudlaşdırılır, caz və muğam funksiyaları dəqiq bölgü və ayrıntılara
məruz qalır. Onun dərketmə ilə bağlı çalışmalarının mənası budur ki, mümkünsüzü
və hətta cəfəngiyyatı mütləqlik və həqiqət kimi başqalarına təqdim edib sırımayasan.
Onun axtarışlarında intuitiv, sadəlövh və kor-təbii olana az yer ayrılırdı: başlıca
vəzifə caz və muğamın məzmun, təfəkkür qatında, formal-struktur sxemlərində
onları orqanik şəkildə birləşdirəcək ümumini tapmaq idi. Belə bir qaynağı bir gü-
nün, bir saatın içində əldə etmək, əlbəttə ki, Rafiqlik deyildi.
Ona görə addım-addım... ona görə sınaqlar və səhvlər yolu ilə... ona görə birinin,
sonra da o birinin uzun-uzadı araşdırılması, incələnməsi yolu ilə... cazı və muğamı
yaxınlaşdırmaq yolu ilə gedirdi Rafiq; gedirdi ki, nəticədə, iki ayrı janr və ifadələr
sisteminin qarşıdurumunu və ya mexaniki birləşməsini əldə etməsin; gedirdi ki, mu-
ğamın caza, cazın muğama axıb necə qarışdığını əyani şəkildə göstərsin; göstərsin
ki, onlar arasında aşkar təzad və antaqonizm yoxdur; göstərsin ki, o bunun, bu da
onun içində dibəcən batıb qərq olur.
Babayev üslubu, Babayev dəst-xətti yavaş-yavaş, mərhələ-mərhələ yonulurdu, ci-
lalanırdı:
bu üslubda, bu dəst-xəttdə muğam formasının statikliyi və ləngərliliyi
caz polifoniyasının ansambl prinsiplərilə, kollektiv həmlənin davamlı artımı ilə
uzlaşdırılırdı.
Vaqif-Rafiq. Birincinin caz-muğamı elə bir şeydir ki, sanki o, bütün ömrü boyu öz
bədənini və fikirlərini tədqiq edib, öz içində doğulan və ölən prosesləri tədqiq edib.
İkincinin caz-muğamı elə bir şeydir ki, sanki o, bütün ömrü boyu hansısa zahiri