57
fenomenlərin dərk edilməsinə çalışır, amma bütün ömrü boyu onların fərqlərinə və
çəpərlərinə ilişir və bütün ömrü boyu da bu “fenomenoloji” maneə və müxtəliflikləri
yenməyə, aşmağa can atır.
Mustafazadə-Babayev. İki sütun, iki ölçü, iki korrelyat, iki bağlılıq və fərqlilik və
Azərbaycan cazının iki cığırı. Onların hər ikisi öz milli caz idealını axtarırdı, ikisi də
başa düşürdü ki, bütünlükdə bu ideala çatmaq mümkünsüzdür və onların hər ikisi
gələcək nəsillərə milli caz strategiyasını hədiyyə elədi.
Vaqif-Rafiq. İndən belə Azərbaycan mədəniyyəti tarixində onların adı bir-birindən
ayrılmazdır, qoşadır, tarixən müəyyən və dayanaqlıdır. Nə də baş versə, nə də
desələr, necə də mübahisə eləsələr, yenə bu iki ad müasir Azərbaycan cazının tari-
xidir, ənənəsidir və gələcək inkişaf yoludur.
Vita brevis, ars lonqa
46
ömür qısadır, sənət - əbədi - bu, məhz onlar haqqındadır,
Vaqif və Rafiq haqqında.