60
Uşaqlıq illəri
Yenidən İçəri Şəhər. Böyük Qala küçəsi.
47
16
mart 1940-cı il. Çox aydın, təmiz, saf
Novruz bayramı adlanan ümumbəşəri bahar bayramının, demək olar ki, lap ərəfəsi.
Əziz Əbdül Kərim oğlu Mustafazadə və Zivər Əliyevanın ailəsində bir şadlıq, bir
sevinc yaşanır yaz günlərində. Oğul dünyaya gəlib, varis dünyaya gəlib: adı dahi
Azərbaycan şairinin şərəfinə Vaqif qoyulacaq.
II Dünya Savaşı artıq baş alıb gəzirdi ölkə-ölkə, bir ildən sonra Sovet İttifaqının
ərazisinə soxulacaqdı faşistlərin komandanlığı ilə. Lakin Vaqif bir dəfə də olsun öz
keçmişini müharibə prizmasından xatırlamayacaq, onun ağrı və faciələrinin yanından
ötüb keçəcək, elə bil ki uşaqlıqda heç məhrumiyyətlərlə, acı yaşantılarla üzləşməmişdi.
Ancaq yazın təzə ətirləri, min cür dadı, Novruzun əlvanlığı qalacaq onun ürəyində,
ruhunda əbədilik.... çox sevimli və urvatlı bir bayram kimi.
48
Oğlanın ilk uşaq xatirəsi fortepiano arxasında əyləşib muğam ifa eləyən anasıyla bağlı
olub.
Atası, tibb xidməti mayoru Mustafazadə Əziz Əbdül Kərim oğlu,
49
deyilənə görə,
tarda muğam çalmağı bacarırmış və bunun öhdəsindən heç də pis gəlmirmiş. Uzaq
Şərqin hərbi hospitalında səkkiz il sərasər çalışmaq, yardıma və dəstəyə ehtiyacı olan
azarlılarla daim ünsiyyətdə bulunmaq Əziz Əbdül Kərim oğluna həyatın başlıca
prinsiplərini, – xeyirxahlığı, cavabdehliyi, özünə qarşı tələbkarlığı və yüksək peşəkar
məsuliyyətini öyrətmişdi. Bu keyfiyyətlər Vaqifin xarakteri üçün də müəyyənedici oldu.
Bir də bu adam, Vaqifin atasını nəzərdə tuturuq, daxilən ziyalı idi, daxilən alicənab idi,
anadangəlmə ədəb duyğusuna, ölçü hissinə malik birisi idi. Onun oğlunda da məhz
bu cəhətlər insanları özünə cəlb edirdi.
Çox-çox sonralar, söhbətlərin birində “Sən nə üçün musiqiçi oldun?” sualına Vaqif
fikirləşmədən belə cavab vermişdi: “Ona görə ki, anam vardı, dəniz vardı, bir də Qala
divarları”.
50
Əfsanə qədər qədim olan Qala Divarları dünyanın özü qədər qədim Xəzər dənizinin
sahilində yerləşir. Bakının çoxəsrlik tarixinin, dilinin, memarlığının, məişətinin,
qərinələrdə mövcudluq tərzinin, nəsil-nəsil dəyişən insan talelərinin mühafizəçisi
sayılan Qala divarları Bakıya xas sədalar rəngarəngliyini, Bakının energetikasını da
qəribə şəkildə özünə hopdurub. Burada mahnılar da səslənirdi, oyun havacatları da,